Maraqlı

Relslərin üzərində fotosessiya etdirən hamilə xanımı qatar vurdu - FOTO - YENİLƏNİB

16 Mart 2017 17:46
16 Şərh     Baxış: 5 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:46

ABŞ-da dəmir yolunda fotosessiya zamanı hamilə model yük qatarının altında qalaraq ölüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,  faciəli hadisə martın 10-da Texas ştatının Navasota şəhərində baş verib. 19 yaşlı model Fredzaniya Tompson relslərdə fotoqrafa poza verərkən yaxınlaşan qatarı buraxmaq üçün bir yoldan başqa yola keçib. Amma o, bu zaman əks tərəfdən yaxınlaşan qatarı görməyərək onun altında qalıb.

Model aldığı travmalardan elə hadisə yerində keçinib. Amma fotoqraf hadisə nəticəsində zərər çəkməyib.

Qızı vuran qatar 101 yük vaqonundan ibarət olub. Dəmir yolu şirkətinin nümayəndəsi danışır ki, maşinistlər qızı görüblər, fitlə xəbərdarlıq etməyə çalışıblar, amma qatar 80 kilometr/saat sürətlə getdiyindən onu saxlamaq mümkün olmayıb.

Qohumların sözlərinə görə, Fredzaniya, yerli kolleclərdən birinin tələbəsi idi. O, model karyerasıyla məşğul olmaq üçün təhsilini dayandırmağı planlaşdırırdı. İki aylıq hamilə olan Fredzaniya yaxın vaxtlarda sevgilisi ilə ailə qurmaq niyyətində idi.

--------

11:45

Amerikanın Texas ştatında qatar relsinə çıxıb şəkil çəkdirən 19 yaşlı qadın faciəvi şəkildə ölüb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, nişanlı Fredzania Tompson qatar relsində fotosessiya edərkən onu qatar vurub. O, həyatını itirib.

Ailəsinin dediyinə görə, qız hamilə imiş.

Onun ölməzdən öncə çəkdirdiyi şəkil sosial şəbəkələrdə yayılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.