Maraqlı

Dörd yeni “iPad” modeli göstəriləcək - VİDEO

16 Mart 2017 08:59
0 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər və komplekt hissə tədarükçüləri "Apple" şirkətinin "iPad" planşetinin bir neçə modifikasiyasını, o cümlədən çərçivəsiz ekrana malik versiyasını təqdim edəcəyi ilə bağlı fikirlər səsləndirirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni yayılan şayiələr növbəti həftə ərzində "iPad" planşetinin dörd versiyasının nümayiş etdiriləcəyini ehtimal etməyə əsas verir.

Məlumata görə, "Apple" "iPad Pro" seriyasından  9,7 və 12,9 (iPad Pro 2) formatlarında iki yenilənmiş planşet, eləcə də iki tam yeni model hazırlayır. Onlardan biri 7,9 düymlü ekranla təchiz ediləcək və "iPad mini" istehsal xəttini əvəzləyəcək, ikincisinin isə 10,5 düymlü bahalı model olacağı bildirilir. Çərçivəsiz ekrana malik olacaq sonuncu qurğunun "Home" düyməsi ilə təchiz edilməyəcəyi gözlənilir.

Dörd "iPad" modelinin "iPad Pro" ailəsinə aid olacağı qeyd olunur.

Bir müddət əvvəl "MacRumors" nəşri məlumatlı mənbələrə istinadən yeni "iPad Pro" planşetlərinin bu ayın sonunadək - martın 20-si və 24-ü arasında nümayiş ediləcəyi barədə məlumat verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dörd yeni "iPad" modeli göstəriləcək

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.