Türkiyənin məşhur aktyoru Burak Özçivit ilə Fahriye Evcenin nişanlanması barədə məlumat vermişdik.
Milli.Az "Posta"ya istinadla bildirir ki, demək olar, onları Türkiyənin bütün məşhurları təbrik ediblər. Onlardan biri də Burakın "Kara Sevda" serialında öpüşdüyü Neslihan Atagül olub. Belə ki, uzun müddətdir küsülü olduqları deyilən Neslihan Atagül və Fahriye Evcen barışıb.
Qeyd edək ki, ötən gün alış-veriş mərkəzindəykən görüntülənən Neslihan Atagül ərinin Dubayda saxlanılması barədə danışıb. O, əri üçün darıxdığını söyləyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində