Maraqlı

Alpina B3 və B4-ü daha da gücləndirib - FOTO

21 Mart 2017 09:50
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alpina şirkəti Cenevrə avtosalonuna B3 Bi Turbo və B4 Bi-Turbo modellərinin xüsusi versiyalarını gətirib. Onların hər ikisinin adlarına S əlavə olunub. Alpina-nın mühəndisləri turbo yükləyicini təkmilləşdirib, firmanın mühərrikin idarə olunmasını təmin edən proqram təminatı dəyişiblər.

Milli.Az auto.az-a istinadən bildirir ki, nəticədə hər iki versiyanın gücü 410-dan 440 a.g.-dək artıb, maksimal fırlanma anı isə 600-dən 660 Nm-ə çatıb. Sonda B3 S-in sedanı və universalı 100 km/saata 4,3 saniyəyə, B4 S-in kupe və kabrioleti arxa ötürücülü versiyada 4,2 saniyəyə, tam ötürücülü versiyada isə 3,9 saniyəyə sürətlənir. Maksimal sürət müvafiq olaraq 306 və 304 km/saatdır.

Bu modellərdən əlavə, Alpina Cenevrədə sedan və universal B5-in daha yeni nəslini təqdim edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.