Maraqlı

Dahilərin qəribə vərdişləri və ya atom bombası ilə "zarafat" edən fizik

5 Mart 2017 15:06
13 Şərh     Baxış: 2 225

Haqqında bəhs edəcəyimiz insanların hamısı tarixə adını "qızıl hərflər"lə yazdıran dahilərdir.

Bütün həyatlarını elmə sərf edən bu insanların həyatı insanlara hər zaman maraqlı olub. Bir çox insan bu dahilər haqqında müəyyən qədər məlumat sahibidir.

Lakin onların olduqca maraqlı xüsusiyyətlərə malik olduğunu bilirsinizmi?

Milli.Az musavat.com-a istinadən sizə tarixin dahi elm adamlarının maraqlı vərdişləri və xüsusiyyətləri haqqında bir neçə maraqlı faktı təqdim edir.

Orta məktəbdə hamımızın öyrəndiyi məşhur Pifaqor teoremini bilirsiniz. Yunan riyaziyyatçı Pifaqor teoreminə elə öz adını qoyub. Pifaqorun olduqca maraqlı xüsusiyyətləri olub. Pifaqor vegeterian imiş. İçərisində lobya olan yeməkləri də yemirmiş. Yeməməkdən əlavə lobyaya əlini belə, vura bilmirmiş. Hətta qorxduğu başına bəla olub. Pifaqorun ölümünə səbəb lobya olub. Rəvayətlərə görə, Pifaqorun evinin ətrafını düşmənləri sarıb, onu öldürmək istəyirmiş. Evdən gizli yolla qaçmağı bacaran Pifaqorun yolu qəfildən lobya tarlası ilə kəsişir. Lobya tarlasının içərisinə girib, qaçmağa davam etmək əvəzinə, tarlanın qabağında dayanır və tərpənmir. Elə oradaca düşmənləri tərəfindən yaxalanıb öldürülür.

16-cı əsrdə yaşamış danimarkalı astronom Tixo Braqe çox zəngin olması ilə tanınır. Braqe əyləncəni çox sevirmiş. Demək olar ki, həftənin bütün günləri sarayında əyləncələr təşkil edirmiş. Elm adamının ən maraqlı xüsusiyyəti mədəni qaydalara özəl olaraq maraq göstərməsi idi. Bir gün yenə sarayında əyləncə təşkil edən Braqe süfrə arxasında qonaqları ilə birgə oturarkən tualetə getmək istəyir. Lakin yerindən qalxmır. Çünki o zamanlarda süfrədə qonaqlar olan zaman ev sahibinin ayağa qalxması ayıb sayılırmış. O gün heç bir şəkildə tualetə getməyən elm adamının 11 gün sonra ölüm xəbəri gəlib. Səbəb isə həmin gün tualetə getməyən astronomun böyrəklərinin sıradın çıxması və sidik kisəsinin partlaması olub. Və beləcə astronom kübarlığının qurbanı olub.

Nikola Tesla da elm dünyasının dahilərindən sayılır. Teslanın da digər elm adamları kimi olduqca dəyişik xüsusiyyətləri olub.Teslanın ilk öncə narahatlıq qorxusu var imiş. Zoğala və sırğalara əl vurmağa qorxurmuş. 3 rəqəminə də eyni şəkildə qorxusu var imiş. Misal üçün, bir binaya girməzdən əvvəl binanın başına 3 dəfə fırlanarmış.

Alman fizikin plank sabiti ilə müqayisə olunan fiziki hadisələri öyrənən kvant mexanikası haqqında dünya səviyyəsində işləri var. Xüsusilə də o, naməlum tənliklər haqqındakı işləri ilə məşhurdur.

Verner Heyzenberq özünü yalnız nəzəri fizikada inkişaf etdirib. İş metodu haqqında, demək olar ki, heç nə bilmirmiş. O, doktorantura komitəsində "akkumulyator necə işə düşür" sualına cavab verə bilməyib. Bəlkə biz də bu suala cavab verə bilmərik. Lakin bu, bir fizik üçün çox asan bir sualdır.

Robert Oppenheimer də məşhur fizikdir. O, fiziki araşdırmalarından əlavə bir çox sahədə də irəli gedib. Fizik 8 dil bilirmiş və sərbəst şəkidə həmin dillərdə danışırmış. Ən maraqlısı isə bütün insanların özü kimi 8 dil bildiyini zənn edirmiş. 1931-ci ildə Kaliforniyada bir akademikdən bir kitabın xülasəsini yazmasını istəyib. Akademik isə bunun mümkün olmadığını deyib. Çünki kitab Flemenkcə imiş. Bu vəziyyətə anlam verə bilməyən məşhur fizik akademikə "Flemenkcə öyrənmək o qədər çətindir ki..?" deyib.

Tarixin məşhur memarlarından olan Bukminster Filler də olduqca qəribə xüsusiyyətlərə sahib olub. Az enerji ilə çox iş görmək metodunu yaratmağa çalışan elm adamı bunu öz üzərində sınayıb. 6 saatdan bir 30 dəqiqəlik yuxu yatan memar gün ərzində toplam 2 saat yatırmış. Təbii ki, bu tətbiqi həyatında müəyyən bir zaman edib. Daha sonra bu xüsusiyyətini tərgidib.

Paul Erdos da az yataraq həyatını davam etdirməyə çalışan elm adamlarından biri olub. Məşhur riyaziyyatçı gün içində 20 saat iş üzərinə çalışıb, qalan 4 saatda həm yatırmış, həm də digər işlərini həll edirmiş.

20-ci əsrin önəmli fiziklərindən olan Riçard Feynman daha çox atom bombası üzərində araşdırmalar aparıb. Normal şərtlərdə atom bombası ilə bağlı araşdırma aparan bir insanın olduqca ciddi və ağır təbiətli bir insan olduğunu düşünərsiniz. Lakin Feynman çox zarafatcıl bir insan olub. O, atom bombası haqqında aparılan gizli araşdırmalar üçün qurulan öz sistemlərinə başqa bir adla girərək, həyəcan siqnalının işə düşməsinə səbəb olub. Təbii ki, bu hadisə onun digər yoldaşlarını çox qorxudub.

Riyaziyyatçı və elektrik mühəndisi olan Oliver Heavisinin maraqlı xüsusiyyəti bir az gülməlidir. Vaxtı ilə yaxın dostlarının təsdiq etdiyinə görə, Oliver evinin bütün döşəməsini çəhrayı daşlarla bəzəyibmiş və gün ərzində boş vaxtlarını çəhrayı daşlara baxıb, süd içərək keçirirmiş.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

13 Şərh:

  • Anonim
    HD · 5 Mart 15:15147

    Dahilerin içinde bir Türk adi yoxdur ?! Bes deyirler Türkler dahidi ?! Maraqlidi belke men bilmirem , Türklerin hansi böyük kesfleri olub ?! Türkler avropadan çox seyleri öyrenmelidirler, esasen elimleri !!!!!

    Cavab yaz
    • Anonim
      777 · 5 Mart 15:48813

      N.Tusi, Piri Reis, H.Z.Sirvani, E.Reyhan Biruni, N.Gencevi...... haqqinda oxusaniz yaxsi olar!

      Cavab yaz
    • Anonim
      PRiNS · 5 Mart 16:0174

      Yazin nece de menim stilime benzeyir... Xalq adini böyük yazmaq, vergülü uzaq yazmaq, xeberin axirinda r herfini yazmamaq... İnanin ki meni taniyanlar ele bilecek men yazmisam))) Ele demeyin, Türk xalqi böyük xalqdi.Onun da dahi düşünenleri olub.El Biruni kiçik idi beyem? Bes Ferabi? Bes Piri Reis?.... Hele çoxunu saymiram.Ensiklopediyaya düşen addi Piri Reisin adi.Atlantik okeaninin bilinen ilk xeritesini o çekib..

      Cavab yaz
  • Anonim
    Qacan · 5 Mart 15:2306

    Pifaqor qeribeydi

    Cavab yaz
  • Anonim
    anar · 5 Mart 15:3005

    pifaqordan ele yaziblar ki ele bil onun yaninda olublar

    Cavab yaz
  • Anonim
    Sadixova Afet · 5 Mart 15:5006

    Dahiler hemise gulmeli olublar.Nyutonun basina alma dusmesile cazibe qanununu kesf etmesi,qizil tacin terkibini mueyyenlesdirmek ucun gunlerle fikirlesen Pifaqorun bir gun cimmek ucun su dolu vannaya girdikde ''Evrika''deye qisqiraraq cismin kutlesini suda hesablama qaydasini tapmasi tarixden melumdur.Fizikanin en agir,en cetin bolmesi kvant fizikasidi.Ona gore de yaziq alim binanin basina 3 defe dolanirmis.

    Cavab yaz
  • Anonim
    QQ · 5 Mart 15:5824

    En qeribesi Nyuton olub )) Nyuton hussuz olub .O boyda fizikin qeribelikleri cox olub deyilene gore .Nir defe Nyutona uzaq bir yerde yasayan dostunun olduyunu xeber verirler .Nyuton bu xeberden sarsilir .Goturub dostuna mektub yazir ;,,Eziz dostum mene xeber catib ki sen olmusen .Eger olmusense mene tecili xeber ele .Bilmirem men bu derde nece dozeceyem .

    Cavab yaz
  • Anonim
    GULLER XANIM · 5 Mart 16:1432

    Hamsi maraqliydi. Tesekkurler milli az

    Cavab yaz
  • Anonim
    Emi · 5 Mart 16:1400

    Yeqin ki,Teslanin 3 reqemi ile bagli pis xatireleri onda bu reqeme qarsi fobiya yaradib.Ancaq sirga ve zogala ne ucun el vura bilmemesi maraqlidir.

    Cavab yaz
  • Anonim
    777 e · 5 Mart 16:19131

    Bunlari orta mekteb osaqlarida bilir !!! Yazdiqlarinizin çoxu AZERBAYCANLILARDI !!! Dahi Nizami Gencevi kimi sair Türklerde var ?! Türklerin dahi yazarlari kimlerdir ? AZERBAYCANIN sairleri yazarlari hemise Türklerden seçilib ve DAHIDIRLER !!!

    Cavab yaz
    • Anonim
      777 · 5 Mart 18:03310

      Azerbaycalilar Altay dill ailesinin tûrk dil qrupunun oğuz qoluna aiddirler.

      Cavab yaz
      • Anonim
        Zakon · 5 Mart 18:5038

        Deməli hər tərəfli türkük.Əksi yoxdu.

        Cavab yaz
  • Anonim
    HD · 5 Mart 19:1931

    Serhimi zehmet olmazsa verin !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.