Maraqlı

Günün resepti: Ezo gəlin şorbası

4 Mart 2017 07:00
41 Şərh     Baxış: 12 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Türkiyə mətbəxindən Ezo gəlin şorbasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1st.qırmızı mərci
1x.q.yarma
1x.q.düyü
1 baş soğan
2 diş sarımsaq
4x.q. duru yağ
1x.q.tomat
su və ya bulyon
1ç.q.duz
1ç.q.pul bibər
1x.q.tel əriştə
nanə
limon suyu

Hazırlanması:

Əvvəlcə mərci, yarma və düyünü qazanda qaynadıb, suyunu süzün. Soğan və sarımsağı xırda-xırda doğrayıb, ayrı bir tavada qovurun. Üzərinə tomat əlavə edin. Ard-arda mərci, yarma və düyünü əlavə edib, üzərinə qaynar su tökün.

Suyu canına çəkdikcə yenidən su əlavə edin. Orta odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin.

Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın.

Ocaqdan götürənə yaxın duz, nanə, pul bibər və tel əriştəni əlavə edib, ehmalca qarışdırın. Şorbanı qablara töküb, üzərinə limon sıxın.

Nuş olsun!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.