Maraqlı

Peugeot-dan yeni konsept - FOTO

21 Mart 2017 14:50
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peugeot şirkəti Barselonada yeni konsept Instinct təqdim edib. O, hibrid güc qurğusu, bir-birinə əks istiqamətdə açılan qapılar və tam avtomat idarəetmə funksiyası alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni Peugeot Instinct-in radiator barmaqlığına və ya təkər disklərinə baxdıqda hər şey məlum olur: avtomobil 300-güclü hibrid güc qurğusu alıb. Banın tipini fransızlar Shooting Brake kimi xarakterizə ediblər - get-gedə alçalan dama malik universal.

Bu cür damı daha çox Mersedec istehsal edir. Konseptin fənərləri təkcə effektli deyil, həm də praktikdir. Fənərlərdə yola nəzarət edən kameralar da quraşdırılıb.

Instinct üçün yola nəzarət etmək çox vacibdir. Çünki o özündə pilotsuz prototipi təcəssüm etdirir. Autonomous rejimi seçildiyi anda sükan və pedallar yığılır və sürücü üçün daha geniş yer alınır. Drive rejiminə qayıtdıqda isə bu idarəetmə orqanları yerinə qayıdır.

Məsələn, smart-saatlardan gələn məlumat kifayət edir ki, avtomobil sürücünün yorulduğunu anlasın. Avtomobil, həmçinin vaxt itkisinin qarşısını almaq üçün tıxacları da müəyyən edə bilir.

Başqa sözlə, konsept həqiqətən instinktlərlə idarə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.