Maraqlı

"Most Fashionable Awards" 2017 mərasiminin açılışı keçirilib - FOTO

28 Fevral 2017 12:30
1 Şərh     Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtımızda çoxdandır gözlənilən "Most Fashionable Awards" 2017 beynəlxalq mükafatlandırma mərasiminin möhtəşəm açılışı 27 fevral  saat 18:00 da, "Passage 1901"də keçirilib. Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan müsabiqə artıq ikinci dəfədir ki Bakıda təşkil olunub.

Gecənin sonunda xüsusi qonaq olaraq DJ Çina çıxış edib. Beynəlxalq layihədə yerli ulduzlarlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları yarışıb. Layihənin qaydalarına əsasən, "Dünya Gözəllik Konqresi"nin Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız iki ay səsvermədə iştirak edib. Birinci turda xalqın sosial media üzərindən səsverməsi yolu ilə iştirakçılar ikinci tura adlayıblar. İkinci turda isə hər biri öz kateqoriyasında ən çox səs toplamış 5 iştirakçı "Top-5" siyahısına düşüb və final mərhələsinə vəsiqə qazanıb.

Finala adlayan iştirakçılar ən yaxşı beşlikdə olduqları üçün beynəlxalq sertifikatla təltif olunublar. Sertifikatlar  Avropdan birbaşa göndərilib və "Dünya Gözəllik Konqresi"nin (WBC)  prezidenti tərəfindən təqdim olunub.

Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi paytaxtımızda artıq bir dəfə keçirilib və böyük uğur qazanıb.

Layihənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə direktoru Aqil Məmiyevdir. Təşkilati komitədə bu il tanınmış prodüser Tarix Əliyev, aparıcı Afaq Gəncəli, Azərbaycan Respublikasının xalq artisti Faiq Ağayev, Kəngərli Group-un rəhbəri Cəlal Kəngərli və tanınmış modelyer-dizayner A Glamour moda evinin rəhbəri Afaq İsmayılzadə yer alıb.

İnformasiya dəstəkçiləri Trend, Day.Az və Milli.Az saytlarıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.