Maraqlı

Moda şousunda əfsanəvi qadın anıldı - FOTO

28 Fevral 2017 12:12
0 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində keçirilən "Milan Fashion Week"də məşhur modaçı və jurnalist Franka Soççani anılıb.

Milli.Az European-a istinadən bildirir ki, anım mərasimində 42 yaşlı Viktoriya Bekhemlə bahəm Naomi Kempbell, Keyt Moss və Rita Ora da iştirak ediblər.

F.Soççani ötən ilin dekabrın 22-də 67 yaşında vəfat edib.

28 il "Vogue İtaly"nin baş redaktoru olmuş F.Soççaninin sayəsində fotoqraflar Elen fon Unvert, Piter Lindberq, Bryus Veber, Mario Testino, Herb Rits, Paolo Roversi, Stiven Meyzel, habelə modellər Sindi Krouford və Linda Yevangelista dünyaca məşhurlaşmışdılar.

Dünya modaçı Franka Soççanini "Əfsanəvi qadın" adlandırırdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.