Maraqlı

Begemotu armaturla döyüb öldürdülər

28 Fevral 2017 08:58
4 Şərh     Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salvadorun Milli Heyvanat Parkında begemot naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə məlumatı ölkənin Mədəniyyət Nazirliyi təsdiq edib.
"Ötən həftə Milli Heyvanat Parkında vicdansız, canlıların həyatına hörmət etməyən insanlar tərəfindən vəhşicəsinə döyülən, daş və armaturla vurulan begemot Qustavito bazar ertəsi ölüb. Baytarlar onun həyatını xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Respublika Milli Polisi və Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb...Zooparkda təhlükəsizlik tədbirləri gücləndirilib", - deyə məlumatda bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.