Maraqlı

Nokia: əfsanə geri qayıtdı - VİDEO - FOTO

27 Fevral 2017 13:40
4 Şərh     Baxış: 4 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HMD Global" şirkəti İspaniyanın Barselona şəhərində keçirilən "Mobile World Congress"də (MWC 2017) sərgisində əfsanəvi Nokia 3311 modelinin yeni versiyasını təqdim edib.

Milli.Az bildirir ki, yeni Nokia 3310-un 320x240 pikselli 2,4 düymlük displeyi, 2 meqapiksellik kamerası, microSD yaddaş kartı üçün slotu var.

Əvvləki 3310-la müqayisədə telefon daha nazik və yüngüldür.

Telefon 22 saatlıq fasiləsiz danışığa imkan verən batareyaya malikdir. Üstəlik, modeldə əfsanəvi "Snake2 oyunu və Nokia-nın özünəməxsus rinqtonları var.

Telefon boz, mavi, qırmızı və sarı rəngli korpuslarda olacaq.

Yeni Nokia 3310-un satış qiyməti 49 avrodur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Əfsanəvi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.