Maraqlı

İsrail alimlərindən mühüm texnoloji kəşf

28 Fevral 2017 08:21
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Ben-Qurion Universiteti mühüm texnoloji yeniliyə imza atıb.

İKT.lent.az-ın "Habertürk"ə istinadən verdiyi məlumata görə, universitet internetə bağlı olmayan kompüterdən məlumatları götürməyə imkan verən texnologiya işləyib hazırlayıb. Belə ki, xüsusi proqram təminatı və pilotsuz uçuş aparatına quraşdırılan xüsusi kamera vasitəsilə internet bağlantısı olmayan kompüterdən məlumatları götürmək mümkün olub.
 
Mütəxəssislər bildirir ki, bu üsulla kompüterlərin sabit disklərinin indikatorları vasitəsilə informasiyalar ələ keçirilir. Bu üsulla həyata keçirilən informasiya oğurluğundan xəbər tutmaq qeyri-mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.