Maraqlı

Ən bahalı, ən sürətli avtomobillərdən biri belə hazırlanır - FOTO

25 Fevral 2017 19:38
2 Şərh     Baxış: 3 618
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1478 at gücündə və saatda 467 km məsafə qət etməyə qadir bu maşın, 2.3 saniyəyə sürəti 0-dan 100-ə qaldırmağa qabildir.

İlk dəfə ötən il Cenevrə Avtomobil Sərgisində təqdim olunan, dəbdəbəli fransız avtomobil şirkətinin Bugatti Chiron modelinin nümunələri, bu ilin birinci rübündə sahiblərinə çatdırılacaq. Maşın son dərəcədə eksklüzivdir və hər biri 20 nəfər tərəfindən 6 aya hazırlanır.

Milli.Az BBC-yə istinadən bildirir ki, model, dünya şöhrətli yarış pilotu Luis Chiron-un şərəfinə adlandırılıb və istehsalçı iddia edir ki, avtomobil, "indiyədək yaradılmış ən güclü, sürətli və rahat maşındır".

Chiron, tarixdə ilk dəfə saatda 400 km məsafə qət edən Super Sport Model və 2010-cu ildə Guinnes-in rekordlar kitabına düşən sələfi Veyron-dan, 0.2 saniyə daha sürətli və 25% daha güclüdür.

Sənaye üzrə mütəxəssislərə əsasən, Veyron-un nailiyyətlərindən birinə yüksək güc ilə gündəlik manevr qabiliyyətinin kombinasiyası daxildir.

"Biz Chiron-u Veyron-un təkmil forması kimi yaratmağa başladıq və yüksək performanslı tamamilə yeni bir avtomobil əldə etdik," mühəndis Dennis Rholfs, Car and Driver jurnalına deyib.

Porsche 918 Spyder en Londres.

Bugatti-n baş mühəndisi Willi Netuschil eyni media nümayəndəsinə bildirib ki, bu modelin hazırlanmasında yalnız yanacaq bakının həcmi genişləndirilməyib, həm də "yol üçün yeni olan benzin mühərrikindən" istifadə olunub.

"Texnologiya baxımından, biz, bilinməyənə nail oluruq," mütəxəssis söyləyib.

Bugatti-n yeni modelinin, sürətdən asılı olaraq maşının avtomatik müəyyənləşdirdiyi beş cür idarə rejimi var. Məsələn, "Top Speed" (Ən Yüksək Sürət) rejimi ancaq idman dövrələrində işə düşür və bunu aktivləşdirmək üçün xüsusi açara ehtiyac var.

Bu, ictimai yollarda mümkün təhlükənin qarşısının alınması üçün nəzərdə tutulub.

Bugatti-n yeni cavahirinin dəyəri, 2.4 milyon avrodur. Bu, artıq istehsalı dayandırılmış və 887 at gücündə olan üç Porsche 918 Spyder-n (yalnız 918 ədəd buraxılıb) qiymətinə bərabərdir.

Chiron-un isə bu il 70 olmaqla, cəmi 500 ədəd istehsal edilməsi nəzərdə tutulub.

Əl istehsalı

Proses son dərəcə həssas və yorucudur.

İstehsala başlamamışdan bir ay qabaq, uyğunluğu dəqiqləşdirmək üçün monocoque (daşıyıcı korpus), subchassis (alt şassi) və gövdə panelləri ilə birlikdə qurulur.

Bundan sonra, maşını təşkil edən 1800 hissənin əl ilə qurulacağı uzun proses başlayır. Əsl incəsənət və mühəndislik işi.

Fábrica de Bugatti

Bu hissələri hər birinin identifikasiya nömrəsi olur və onlar fabrikin rəng emalatxanasına göndərilir.

Bura Bugatti Veyron-un hazırlanması üçün tikilmiş yeni fabrikdir və sahəsi 1000 kvadrat metr təşkil edir. Döşəməsi ağ və son dərəcə təmiz olduğundan, şirkət iddia edir ki, "hətta yerdə kürü yeyə bilərsən".

Bu fabrikdə robot və ya avtomatlaşdırılmış xəttlər yoxdur. Montaj xətti də mövcud deyil. Komandalar, 12 stansiya arasında və "Formula 1 yarışının pit dayanacağındakı" kimi işləyirlər.

Bugatti Chiron

Bugatti Chiron

İstəyə uyğun xüsusi dizayn

Proses, müştəri ilə dizaynerin görüşü əsasında başlayır. Onlar, avtomobilin quruluş detallarını müəyyənləşdirirlər. Bundan sonra, şirkət, təchizatçıdan hissələri sifariş edir və şassi üzərində işləməyə başlayır.

Qurulmanın ilk mərhələlərindən biri tənzimləmədir.

Mühərrik, əlbəttə ki, maşının ürəyi və əsas hissəsidir. Almaniyanın Salzgitter şəhərində yerləşən Volkswagen fabrikində hazırlanan 628 kq çəkili mühərrik, Fransaya hazır vəziyyətdə çatır.

Onun əl ilə bərkidilmiş 16 silindrı var.

Bugatti Chiron

Heç bir montaj xətti yoxdur. Komandalar, 12 istehsal stansiyası arasında işləyirlər.

Bugatti Chiron

Mühərrikin qurulması başa çatdıqdan sonra, ən əsas əməliyyatlardan biri olan arxa və ön sub-şassilər (monocoque) qoşulur.

Hər iki hissə, hərəsi 34 qram olmaqla, 14 titan vintlər vasitəsilə bərkidilir.

Digər mühüm hissələr, radiator və mühərrik soyuduculardır. Sızmaları yoxlamaq üçün operatorlar, dondurucu sistemləri doldurur, boşaldır və sikllər ərzində yenidən doldururlar.

Hissələr, fabrikdən 200 metr uzaqda yerləşən, texnologiya mərkəzində tamamlanır.

Bugatti Chiron

Avtomobilin interyerinin tamamalanması üçün üç gün vaxt lazımdır.

Mümkün qüsurların aradan qaldırılmasından əlavə, maşının rənglənməsi və müxtəlif qatlarla cilalanması (altı və səkkiz qat arası) və son sınaq, üç həftəyədək çəkə bilər.

Oturacaqlara üzçəkmə və başaltlıqlara müştərinin adının baş hərflərinin vurulması kimi digər detallar da vacibdir.

Daha sonra isə, fabrikin altı saatlıq işıq tunelində vizual müşahidə baş tutur və xırda qüsurlar müəyyənləşdirilib düzəldilir.

Bugatti Chiron

Tam hazır olduqdan sonra, möhkəmliyinin yoxlanması üçün hər bir avtomobil, leysan yağış və qasırğa kimi müxtəlif gərginliklərdən keçirilir. Bu, test tunelində baş tutur.

Son olaraq hər bir model, Fransanın Colmar aeroportunun uçuş zolağında təxminən 300 kilometrlik yolu, sürəti saatda 250 km olmaqla sınaqdan keçirilir.

Bu da alınarsa, proses bitmiş hesab olunur. Yalnız təkərlər və yağ dəyişdirilir və maşın, çatdırılma və yekun istismara hazır olur.

Lakin, müştəri, hələ də gözləməli olacaq. Bu dəfə isə, yeni avtomobilinin açarını əldə etmək üçün daha doqquz ay.

Bu Bugatti-n yüksək sürətinə çatmaq üçün heç bir ictimai yol yoxdur.

"Bu səviyyədə əyləc məsafəsinin də qədər böyük olduğunu unutmamaq lazımdır," Netuschill xəbərdarlıq edir.

Buna görə də Chiron-un sürəti, saatda 420 kilometri keçməmək üzrə elektron şəkildə məhdudlaşdırılıb. Əfsus ki, o, ən yüksək sürətini rəqiblərinə nümayiş etdirə bilməyib.

Bugatti Chiron

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.