Maraqlı

Bu quşlar cütləşmədən artır - CAHİLLİKLƏR KİTABI

25 Fevral 2017 20:35
9 Şərh     Baxış: 8 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kökü Cənubi Amerikaya gedib çıxsa da hinduşka dünyaya İngiltərədən yayılıb.

Bu quş Avropaya ilk dəfə 1520-ci ildə gəlib. Əvvəlcə, ana vətənindən Meksikaya, ordan İspaniyaya gətirilmiş. Sonra türk tacirləri tərəfindən bütün qitəyə yayılmışdır. Çox keçmədən varlıların süfrəsinin bəzəyinə çevrilmişdir.
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1585-ci ildən hinduşka yetişdirmək İngiltərədə bir xristian ənənəsinə çevrilmiş və onların daha ətli cinsləri əldə olunaraq bütün dünyaya, xüsusən, ABŞ-a yayılmışdır.
 
16-cı əsrin sonlarından etibarən hinduşkaları şimal ərazilərdən London bazarına gətirmək üçün onlara 160 km yol qət etdirirdilər və üç ayacan sürən bu səfər üçün quşların ayağın xüsusi ayaqqabılar geyindirilirdi.
 
Amerikalılar məşhur "Hindi" ifadəsinə baxmayaraq, hinduşkanın Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə, İngiltərədə bu heyvanları satanlara görə, "Türk xoruzu" adlandıranlar vardı.
 
"Hinduşka" və "Hindi" sözləri, çox güman ki, Hindistan sözünün bənzəridir. Axı yerli amerikalıları hindu deyirlər və bu söz də Kolumdun məşhur səhvindən yaranmışdı.  
 
Hinduşkanın əsl adına ən uyğununu portuqaliyalılar işlədir: "Peru". Bu, yerli amerikalıların "Furke" sözünə yaxındır. Hinduşkaya çıxardığı səsə görə amerikalı çokto xalqının dilində "Fakit" deyirlər.  
 
Bəzi dillərdə hinduşka səsi "Glu-glu", yaxud "Kruk-kruk" kimi də yazılır.
 
Hinduşkanın elmi dildə necə adlandırılması ciddi mübahisə mövzusudur.
 
Hinduşkaların qəribəliyi bununla bitmir. Onlar cütləşmədən çoxalan ən böyük canlıdırlar. Bu bakirə artımdan əmələ gələn erkəklərin hamısı qısırdır.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.