16:12
Whatsapp-ın son yenilənməsi bütün istifadəçilərə təqdim ediləndən sonra böyük reaksiyaya səbəb olub.
Milli.Az-ın baku.ws-ə istinadən məlumatına görə, mesajlaşma proqramının bu yenilənməsindən sonra bir çox istifadəçi Whatsapp-ı sərt tənqid edib. Proqramda olan əlaqələr bölməsinin yoxa çıxması istifadəçiləri çaş-baş salıb.
Yeniləmədən sonra İnstaqram-da olduğu kimi hər bir istifadəçi özünə hekayə hazırlaya bilir. Ancaq proqrama əlavə olunan yeniliklər istifadəçilər tərəfindən bəyənilməyib.
Əlaqə bölməsini proqramda tapa bilməyənlər bu videonu izləyə bilər.
Videonu izləmək üçün şəklə klikləyin:
----------
10:00
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi "WhatsApp"da statuslar yoxa çıxıb.
Milli.Az xəbər verir ki, bu "WhatsApp"ın yeni "Story" yeniliyi ilə bağlıdır. Belə ki, tezliklə "WhatsApp"da Snapchat və İnstagram-da olduğu kimi "Story" funksiyası aktiv olacaq. İstifadəçilər 24 saat ərzində video, fotolarını status kimi paylaşa biləcəklər.
Milli.Az xəbər verir ki, yenilik artıq Android platformalı telefonlar üçün istifadəyə verilib.
Videonu izləmək üçün şəklə klikləyin:
Bəxtiyar Umarlı
Milli.Az