Maraqlı

10 yaşlı qız polisə yazdı: "Mənə kömək edin, bacarmıram" - FOTO

22 Fevral 2017 13:34
5 Şərh     Baxış: 4 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 yaşlı amerikalı Lena Draper indi ABŞ-ın ən məşhur uşaqlarından biridir. Onu populyar edən isə ABŞ-ın Ohayo ştatındakı Merion şəhəri polis departamentinə müraciət etməsidir.

Milli.Az ABC-yə istinadən bildirir ki, riyaziyyatdan ev tapşırığının öhdəsindən gələ bilməyən balaca Lena şəhər polis departamentinin Facebook-dakı səhifəsinə üz tutub.

"Ev tapşırığı ilə bağlı çətinliyim var. Mənə yardım edə bilərsiniz?", - Lena yazmışdı.

Polis departamentinin səhifəsinin inzibatçısı da ona Facebook səhifəsinin sutka boyu aktiv olmadığını, problem varsa, 911 xilasetmə xidmətinə zəng vurmasını, və ya polis zabiti ilə əlaqə saxlamasını məsləhət görüb.

Amma inzibatçı yenə də laqeyd qalmayıb və yazıb: "Nə baş verir, nə olub?"

Lena yazıb: "Ev tapşırığı ilə bağlı kiçik yardıma ehtiyacım var".

Zabit soruşub: "Okey, nədir problem?"

Lena problemindən bəhs edib: "(8+29)x15. Bu misalı həll edə bilmirəm".

Merion şəhər polis departamentinin Facebook-dakı səhifəsinin inzibatçısı olan zabit Barri Qruber də ona yardım edib, misalı həll edib.

Lenanın anası Mollinin dediyinə görə, polis zabitinin qızına yardım etməsi onu riqqətə gətirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.