Maraqlı

Sabah 22:00-da... - FOTO

21 Fevral 2017 23:38
1 Şərh     Baxış: 5 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) saytında sabah üçün nəzərdə tutulmuş mətbuat konfransı barədə məlumat yerləşdirilib.

Milli.Az NASA-nın saytına istinadən bildirir ki, konfransda Günəş sisteminin hüdudlarından kənardakı kəşflərdən və tapıntılardan bəhs olunacaq. Təfərrüatlar barədə məlumat verilməsə də, söhbətin başqa ulduzların ətrafında dövrə vuran planetlər, yəni ekzoplanetlər barədə olacağı şübhə doğurmur.

Konfrans Bakı vaxtı ilə 22.00-da başlanacaq və NASA-nın saytında translyasiya ediləcək. Hələlik sirr saxlanan kəşflər barədə Nature jurnalında da məqalə dərc olunacaq.

İlkin ehtimallara görə, NASA Günəş sistemindən kənarda yaşayışa yararlı planet aşkarlayıb.

Lakin konfransda obıvatellər üçün sensasiyalı məlumat səslənməyə də bilər. Ötən ilin sentyabrında da belə olmuşdu. Yupiterin təbii peyki Avropa barədə NASA mətbuat konfransını anons etmişdi. Konfransa qədər şərhçilər və ekspertlər deyirditlər ki, Günəş sistemindən kənarda yaşayışa yararlı planetdən danışılacaq.

Lakin mətbuat konfransında bildirildi ki, Avropada su geyzerlərinin mövcudluğu istsina olunmur.

Ötən ilin mayında NASA indiyədək 1284 ekzoplanetin mövcudluğunu təsdiqləmişdi. Ümumiyyətlə isə Günəş sistemindən kənarda 3563 belə planetin olduğu güman olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.