Maraqlı

Apple yeni şirkət aldı

23 Fevral 2017 08:31
0 Şərh     Baxış: 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" korporasiyası süni intellektdən istifadə nəticəsində sifətin tanınması texnologiyalarının hazırlanması üzrə ixtisaslaşmış "RealFace" startapını satın alıb. Gözləntilərə görə, firmanın bu ideyaları növbəti nəsil "iPhone" smartfonunda tətbiq ediləcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Engadget" portalı İsrailin "Calcalist" nəşrinə istinadən yazır ki, "Apple" korporasiyası "RealFace" startapını bir neçə milyon dollara satın alıb. "RealFace"in saytı hazırda işləmir.

"RealFace" dərin təlim texnologiyasının imkanlarından istifadə edərək sifətin skan edilməsi vasitəsilə autentifikasiya texnologiyalarını yaradır. "RealFace"də dəqiq profilin tərtibinə təxminən üç saniyə vaxt lazımdır, bundan sonra qurğu ön kamera vasitəsilə sahibini dərhal tanıyır.

Şayiələrə görə, "Apple" yeni smartfonlarda daxili barmaq izi skanerinə malik aparat düyməsindən imtina etməyi planlaşdırır. Sifətin tanınması əsasında istifadəçilərin avtorizasiyası buna alternativ ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.