Maraqlı

Qırmızı velvet keks - RESEPT

12 Mart 2017 07:00
60 Şərh     Baxış: 8 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən şirniyyat sevənlər üçün qırmızı velvet keksin hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:
 
- 6 ədəd yumurtanın ağı
 
- 300 qram un
 
- 12 yemək qaşığı qarğıdalı nişastası
 
- 400 qram şəkər tozu
 
- 2 paket qabartma tozu
 
- 1,5 paket vanil
 
- 2 çay qaşığı karbonat
 
- 2 çimdik duz
 
- 8 yemək qaşığı duru yağ (120 ml )
 
- 8 yemək qaşığı kərə yağ (120 gram )
 
- 220 ml krem
 
- 3-4 çay qaşığı qırmızı qida boyası
 
Krem üçün ərzaqlar:
 
- 400 qram labne
 
- 6 yemək qaşığı kərə yağı
 
- 5 su stəkanı pudra şəkəri
 
Hazırlanması:
 
Kərə yağı və duru yağı qaba qoyub çırpın. Digər qabda yumurta ağını və qırmızı qida boyasını qarışdırın.
Ayrı bir qabda un, şəkər, qarğıdalı nişastası, qabartma tozu, vanil, kakao, duz və karbonatı qarışdırın. Unlu qarışımı yağ qarışımına əlavə edin. Ardınca bu keks qarışımına qırmızı qida boyası əlavə olunmuş yumurta qarışımını əlavə edib qarışdırın. Əvvəlcədən isidilmiş 180º sobada bişirin.
 
Krem hazırlamaq üçün bütün ərzaqları qarışdırıb, soyuducuya qoyun.
 
Keks bişib soyuyandan sonra 3 bərabər hissəyə bölün. Aralarına və üstünə krem çəkin. Üstünə qoz doğrayıb tökün.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.