Maraqlı

Yollardakı bütün radarları göstərir - Yaxınlaşdıqda səs siqnalı ilə xəbərdarlıq edir

19 Fevral 2017 20:56
3 Şərh     Baxış: 8 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bunun üçün xüsusi avadanlıq almağa ehtiyac yoxdur. Bəs buna qanunla yol verilirmi?

Yollardakı bütün radarları göstərir. Yaxınlaşdıqda səs siqnalı ilə xəbərdarlıq edir. İndiyə kimi isə avtomobillərdə anti radar cihazlardan istifadəyə edən sürücülər 800 manat məbləğində cərimə olunub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, anti-radar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilsə də, eyni işi indi mobil telefonlarda proqramlar əvəz edir.Sürücülər bu üsulla həm radarlardan yan keçirlər,həm də cərimələnmirlər.

Bütün yeni model telefonların dəstəklədiyi bu proqram ölkəmizdə də populyarlıq qazanır. Sürücülülər istədikləri belə anti radar proqramları öz   telefonlarına yükləyə bilərlər. Yüklənməsi və istifadəsi pulsuz olan bu proqramlardan demək olarki, əksər sürücülər istifadə edir. Bu üsulla sürücülər 1 km əvvəlcədən radarın olduğundan xəbərdar olurlar.

Məsələylə bağlı "Xəzər Xəbər"ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov anti radarlar cihazlarından fərqli olaraq bu proqramların istifadəsinə heçbir qadağa yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.