Maraqlı

Microsoft Windows: orijinal, yoxsa pirat? - FOTO

21 Fevral 2017 08:41
2 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft Windows" 1985-ci ildə "Microsoft" şirkəti tərəfindən hazırlanıb satışa çıxarıldı və indiyədək əməliyyat sistemləri arasında öz populyarlığını hələ də saxlayıb. 1990-cı ildə yaradılmış "Windows 3.0" versiyasından başlayaraq "Windows" müasir kompyuterlər üçün standarta çevrildi.

"Windows" - müasir komputerlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, əmrlərin yerinə yetirilməsi üçün rahat şərait yaradır. "Windows"un hər bir proqramı ən az bir pəncərəyə malikdir və bu pəncərə istifadəçini həmin proqram ilə işləməsinə şərait yaradır. Əməliyyat sisteminin adı da məhz bu pəncərələrdən gəlir.

Milli.Az technote.az-a istinadən bildirir ki, Windows əməliyyat sisteminin orijinal versiyasının üstünlüklərindən, pirat sistemlərdən fərqindən və sistemdə formalaşan müəyyən aktivləşdirmə problemlərindən bəhs edəcəyik.

Beləliklə, başlayaq..

İlk olaraq orijinal və pirat "Windows"lar arasındakı önəmli fərqlərdən başlayaq. Bir çoxlarımız özlüyümüzdə düşünürük ki, burada nə var ki, eyni sistem, eyni funksiyalar, sadəcə tək fərq digərinə pul verməyimizdir. Düşünürük ki, hər hansısa bir şəxs bunu edərək digər insanlara kömək olur və onu ala bilməyəcək şəxslər üçün şərait yaradır. . .

Bəs bunun altında yatan başqa hansı məqsədlər var?

"Windows" versiyalarının piratları hazırlanarkən onların təhlükəsizlik sistemləri sındırılır. Yəni "Microsoft" şirkəti öz məhsullarına müəyyən təhlükəsizlik sistemi quraşdıraraq həm ona daim dəstək verir, həm də onları üçüncü şəxslərin, xakerlərin hücumlarından qoruyur. Belə olan halda, pirat versiya və ya başqa sözlə, aktivləşdirilmiş versiyanın kim tərəfindən edildiyini bilmirik. Bunun bizim istifadəmizdə nə qədər təhlükəsiz olduğunu tam anlaya bilmirik. Çünki "Microsoft" şirkətinin məhsullarında tətbiq etdiyi qaydalara əsasən bir əməliyyat sistemi bir seriya nömrəsi ilə sadəcə bir cihazda quraşdırıla bilər. Pirat versiyaları hazırlayanlar əməliyyat sistemlərinin seriya nömrələrini sındırırlar. Başqa sözlə, sistemin bütün təhlükəsizlik sistemini qırmağı bacarırlar. Bu zaman sistem təhlükələrə qarşı açıq hədəf olur. Sistemin mühafizəsi olmadığı üçün mümkün hücumlara qarşı davamlı ola bilmir və bu ən yaxşı halda sizin kompyuterlərinizdə dəyişiklik edilməsinə, ən pis hallarda isə sizin şəxsi məlumatlarınızın, bank hesablarınızın oğurlanmasına səbəb ola bilər. Pirat versiyaları hazırlayanların bunu hansı məqsədlə etdiyini bilmədiyiniz üçün mümkün ola biləcək təhlükələri də dəqiqləşdirmək olmur və daim bir narahatlıq mövcud olur.
·Pirat versiyalar orijinal versiyalardan 56% daha ağır sürətlə işləyir. Kompyuterinizin texniki detallarının güclü olmasına rəğmən bir müddət sonra gözlə görüləcək qədər performansda düşüş müşahidə olunur.

·Pirat versiyalarda sistemin müdafiə divarı qırılmış olur.

·Bəzi "Windows" yeniləmələrini almaq mümkün olmur. Microsoft şirkəti bu yeniləmələrlə sistemin həm stabil qalmasına, sistemdə mövcud olan texniki səhvlərin aradan qaldırılmasına və müdafiə sisteminin gücləndirilməsinə çalışır. Pirat versiyada bu funksiya sındırılmış və məhdudlaşdırılmış olduğu üçün bundan faydalanmaq mümkün olmur. Bəzi pirat versiyalarda bu yeniləmələri almaq mümkündür, amma bu zaman sistemin kodlarında dəyişikliklər olduğu üçün bu yeniləmələr sistemin tamamilə iflic olmasına gətirib çıxarır.

·Əməliyyat sistemi ilə bağlı texniki dəstək ala bilmirsiniz.

·Komputerə yüklənən proqram təminatları, sürücülər sistemdə düzgün işləməyə bilər. Hətta bəzi hallarda həmin proqram təminatları pirat sistemi dəstəkləmədiyi üçün yüklənməyə də bilər.

·İstənilən casus proqram sizin sisteminizdən informasiyaları oğurlaya bilər.
Windows orijinal olub olmamasını necə anlamaq olar?

Bunu öyrənməyin bir neçə üsulu vardır. Onlardan ilki kompyuter haqqında məlumata baxmaqdır. Bunun üçün işçi stolunda "Bu kompyuter" (This PC) üzərində mousun sağ düyməsını sıxırıq. Açılan dialoq pəncərəsində "Özəlliklər" (Properties) bölməsini seçirik. Açılan pəncərədə isə ən altda "Product ID" hissəsində sizin əməliyyat sisteminin açarı haqqında məlumat və əməliyyat sisteminin aktiv olduğu barədə bildiriş olur.

Digər bir yol isə "Windows Store" bölməsinə nəzarət etməkdir. Belə ki, pirat versiyada bu yükləmələrdən faydalanmaq mümkün deyil.
Əməliyyat sistemi orijinal olmadığı halda isə müəyyən zamandan sonra ekran qaralır, sağ aşağı küncdə problemin kodu ilə əməliyyat sisteminin aktivləşdirilməsi tələb olunur.

Bu problemi həll etmək üçün müxtəlif aktivatorlardan istifadə etdiyiniz təqdirdə Product ID sındırılır və bu zaman Microsoft şirkəti seriya nömrəsi olmadığından komputerinizə dəstək verə bilmir. Bu da əməliyyat sisteminin daha da zəifləməsinə və sizi potensial təhlükələrə daha da yaxınlaşdırmağa şərait yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.