Maraqlı

Samsung-un müdir müavini həbs olundu

21 Fevral 2017 08:11
0 Şərh     Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samsung-un Rəhbər köməkçisi vəzifəsində işləyən Lee Jae-yong, rüşvət səbəbindən həbs olundu.

Samsung ötən il Note 7 hadisəsi ilə çalxantılı günlər keçirərkən bu dəfə də rüşvət hadisəsi ilə gündəmə gəldi. Dövlətlərə yaxın firmalarda əlaqəsi olan siyasətçilərlə dirsək təmasında olma vəziyyətini inkişaf etdirmiş olan Samsung Rəhbər Köməkçisi Lee Jae-yong, rüşvət səbəbindən həbs olundu.

Milli.Az technote.az-a istinadən bildirir ki, dünyanın ən böyük texnologiya firmalarından biri olan Samsung-un rəhbər köməkçisi üçün ilk həbs qərarı ötən ay çıxarılıb, ancaq sübutların az olması səbəbindən qərar rədd edilib. Rədd qərarının ardından prokuror yenidən ikinci bir həbs qərarı çıxarıb.

Bu dəfə yeni günahlandırmaları da əlavə edən prokurorun, rüşvət hadisəsi ilə əlaqəli sübutları gizlətmə kimi vəziyyətləri də işin içinə daxil etdiyi iddia edilir. Bu cəhddən sonra məhkəmə tərəfindən dərhal həbs olunan Lee Jae-yong, deyilənlərə görə ən az 1 il, ortaya çıxan detallara görə isə 18 aya qədər məhbus qala bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.