Maraqlı

YouTube-da 30 saniyəlik reklam videolarına son

21 Fevral 2017 08:01
0 Şərh     Baxış: 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti xəbər verib ki, 2018-ci ildə YouTube videoservisi, 30 saniyəlik reklam videolardan azad olacaq.
Milli.Az technote.az-a istinadən bildirir ki, həmin reklam videoların işə düşməsi zaman 5 saniyə gözləmək lazım gəlir. Ondan öncə reklam videolarından əsas videoya keçid etmək olmur. Şirkət rəsmisi bildirib ki, "Google" daha çox kommersiya formatında diqqətini cəmləyəcək. Kommersiya formatı isə bir çox reklam verənlər və izləyicilər üçün daha maraqlıdır. "Biz, ümumdünya internet istifadəçilərinə reklam videolarının daha yaxşı dəstəyini reallaşdırmaq üçün çalışırıq. Bu fikir çərçivəsində artıq 2018-ci ildən başlayaraq biz 30 saniyəlik reklam videolarına son verəcəyik. Bunun yerinə biz həm istifadəçilər, həmdə reklam verənlər üçün əlverişli olacaq formata keçid edəcəyik" - deyə şirkət bildirib. Bu cür xəbərin müsbət qarşılanmasına baxmayaraq bu o demək deyil ki, şirkət bu cür reklamların hamısından imtina edəcək. Belə ki, 15-20 saniyəlik reklam videoları olduqları kimi qalacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.