Maraqlı

"Qaşlarım o qədər qalın idi ki, nifrət edirdim özümə"

17 Fevral 2017 23:21
3 Şərh     Baxış: 1 926

Aktrisa Müge Boz qonuq olduğu verilişdə maraqlı açıqlamalar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, məktəb illərində qaşlarından utandığını deyib:

"Qaşlarım o qədər qalın idi ki, nifrət edirdim özümə. Hər kəs məni ələ salırdı. Hamının qaşı normal idi, tək məndə qalın idi. Ona görə mən özümü də anormal sayırdım. Amma bir gün bezdim və gözəllik salonuna gedib qaşlarımı aldırdım. Evə gələndə bibim məni danladı və dedi ki, başqaları qaşı çıxsın deyə bir ətək pul tökür, mən isə onları aldırıram".

Müge bildirib ki, bibisinin bu sözlərindən sonra o, bir daha qaşlarına əl vurmayıb və bu qaşlarla daha cazibədar göründüyünü anlayıb.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 17 Fevral 23:2830

    Gozlerine yarasir pis gorunmur.

    Cavab yaz
  • Anonim
    SPARTALI · 17 Fevral 23:4120

    Caresi cox sadedir.

    Cavab yaz
  • Anonim
    Xanim · 18 Fevral 08:4900

    ALLAH ne yaradır gözəl yaradır

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.