Maraqlı

Oğlu olan valideynlərə 8 QIZIL MƏSLƏHƏT

17 Fevral 2017 22:38
18 Şərh     Baxış: 7 234

Bütün valideynlər xoşbəxt, özünə güvənən, hər kəsin hörmət etdiyi oğlan uşağı böyütmək istəyir. Milli.Az lent.az-a istinadən bu yazıda məhz oğlu olan valideynlərə tövsiyələr verəcək.

1. Oğluna əsla gülmə
 
Kişilər üçün bir qadının ona lağ etməsi travmadır. Ananın oğlan övladına lağ etməsi isə çox daha dərin yaralar aça bilər. Şalvarını tərs geyindiyi, itlərdən qorxduğu və ya məktəbdə bir qızdan xoşu gəldiyi üçün ona lağ etsəniz, bunu heç vaxt unutmayacaq.
 
2. Suallarına hər zaman cavab verin
 
Hər yaşda "çünki elə lazımdı" və ya "böyüyündə anlayarsan" kimi cavablar verməyin. Əgər cavabı bilmirsinizsə, əvvəl özünüz öyrənin, sonra ona izah edin. Cavab onun yaşına uyğun olmasa, sual barədə bir az düşünəcəyinizi deyin və zamana ehtiyacınız olduğunu söyləyin. Bu mövzuda təxmin edə bilməyəcəyiniz qədər anlayışlı ola bilərlər.
 
4. "Sənə demişdim" qəlibini unudun
 
Daha əvvəl söyləmiş olsanız və o da sizi dinləməmiş olsa belə, bu qəlibi sonsuza qədər unudun. Bu, ananın zəfərinin dadını çıxardığı bir rəqabətdir. Amma uşaq üçün bir faydası olduğunu deyə bilmərik.
 
5. Onu tərifləyin
 
"Gözəldir, amma bir az düzəlsə, yaxşı olar" yerinə yalnız "super" deyin. Uşağınız hər şeyin öhdəsindən yaxşı gələr. Böyüdüyü zaman nəyin düz edilməsini daha yaxşı biləcək.
 
6. Xəyallarını dəstəkləyin
 
Əgər bir arxeoloq olmaq istəyirsə, ona mövzuya dair kitablar alın, musiqiçi olmaq istəyirsə, ondan hansı musiqi alətində ifa etmək istədiyini soruşun. Şəkil çəkmək istəyirsə, həvəsləndirin, kursa getmək istəyirsə, yollayın. Oğlanlar bəzən iyirmi yaşlarınadək nə etmək istədiyinə əsla qərar verə bilmir.
 
7. Əgər ağlayırsa...
 
Bu, pis bir hadisədir. Problem sizə görə kiçik, amma onun üçün böyük ola bilər. Əslində onun üçün hər problem böyükdür, çünki öz dünyası kiçikdir. Əgər başına pis bir şey gəlibsə, neçə yaşında olursa-olsun onu sakitləşdirməyə çalışmalısınız. Bu, bir qaydadır. Üstəlik hər uşaq sakitləşməyə meyllidir.
 
8. Hər zaman onun tərəfində olun
 
Yalnız sözdə deyil, əməllərinizdə də onun tərəfində olmalısınız. Başqalarının yanında oğlunuz hər zaman haqlı olmalıdır. Əgər təklif və ya məsləhətiniz varsa, bunu yalnız ikilikdə olanda deyin.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 17 Fevral 22:4720

    6-cini hemise edirem xeyallarin hemise destekleyirem.

    Cavab yaz
  • Anonim
    SPARTALI · 17 Fevral 22:5120

    Birinci gosterilenler sanki mene gore yazilib.

    Cavab yaz
  • Anonim
    Baku · 17 Fevral 23:0140

    Men de caliwiram oglanlarimla dost olum.her movzuda menimle danisa bileceklerini demisem.her halda hec kim onlari menim qeder taniya bilmez.kimseye sirr vermeyin demisem.Allah haminin balasin saxlasin

    Cavab yaz
  • Anonim
    UZAQ DIYAR · 17 Fevral 23:071610

    Bunun oglan ushagi ile ne elaqesi var??Ayri seçkiliyi hech vaxt etmerem.!.Hem bu primitiv meslehetler her 2 cins üchün de kecherlidir.!.

    Cavab yaz
  • Anonim
    asi · 17 Fevral 23:1314

    5, 6 mişonkamın ən çox sevdiyi))...

    Cavab yaz
  • Anonim
    Emi · 17 Fevral 23:1520

    "Sene demisdim" kelmesini ekser analar isledir.Bu sozu unutmaq cox cetindir.

    Cavab yaz
  • Anonim
    Damla · 17 Fevral 23:3510

    Menimde 2 oglum var mende o kelimeni cox isledirem cetinki unudum

    Cavab yaz
  • Anonim
    teselli · 17 Fevral 23:4170

    oglumun 4 yashi var. bezen cox cetinlik cekirem onunla unsiyyet qurmaga. oz ozume cox eseblesirem. her xirda seye gore eseb kecirirem. ev isleri her seyin ohdesinden tekbasina gelmek. bezen catdirmamaq. butun bunlari usaga da otururem istemeden. amma sonra basa dusuremki axi onun ne gunahi. korpedi. cox pesman oluram.

    Cavab yaz
  • Anonim
    Hali · 17 Fevral 23:4270

    oglum mənim ən yaxin dostumdur,şükür allaha çox agillı,dərrakalı,savadlı ,maşhallah göz dəyməsin..

    Cavab yaz
  • Anonim
    Efqan · 17 Fevral 23:4230

    2 ci bendle raziyam .Uşagin bütün suallarina mentiqle cavab vermek lazimdi.Esla eşi deyib kecmeyin

    Cavab yaz
  • Anonim
    Aynur · 18 Fevral 00:2110

    Oqlan usaqlari yetkinlik dovrunde cox aciqli olurlar.Hec terif de danlamaq da tesir etmir.Soze baxmirlar artiq ozlerini boyuk kimi aparirlar

    Cavab yaz
  • Anonim
    angel · 18 Fevral 00:2410

    Men bunlarin demek olarki hamisina emel etmiwem.ckox wukur mukkemel bir oglum var.her menada.uwaq vaxtindan yaxwi hemsohbet olmuwuq.atasi herden qisqanir )))birde xanimlar ne iwiniz olursa olsun uwaginiza diqqetle qulaq asin onlar bunu sevir ve size inami adtir

    Cavab yaz
  • Anonim
    angel · 18 Fevral 00:2710

    Birde gerek oglun nesli kokude yaxwi olsun.atalar ebes yere debiyibki gededen beg olmaz

    Cavab yaz
  • Anonim
    Asi · 18 Fevral 00:2911

    Burda menden bawqa bir asi de var o balaca herfnen oz adini yazir men boyuk herfnen eziz werhciler bunu bilsez yaxwidir

    Cavab yaz
  • Anonim
    asiye: · 18 Fevral 00:3210

    Men Boyuk herfnen yazan Asiyem bundan sonra adimin yaninda1reqemi yazacam ki werhlerimiz qariwiq duwmesin yaxwimi eziz werhcim?

    Cavab yaz
    • Anonim
      asi · 18 Fevral 09:1901

      Kiçik hərfə keçmə, böyük hərfin yanına neçə istəyirsən yaz)).Neçə ildi bu niklə yazıram, haqqıma girilməsin))Yaxşımı???).

      Cavab yaz
  • Anonim
    Ayka · 18 Fevral 00:5400

    Hamısıyla razıyıq ama istedirimiz kimi heyata keçire bilmirik

    Cavab yaz
  • Anonim
    nurane · 18 Fevral 07:2510

    Qiraqdan baxana doyus asan gelir.Menimde 2 oglun var,her seyde onlari destekleyirem,hec neden geri qalmasinlar deyirem,amma bizde bezen yoruluruq.oglan analari bunu yaxsi basa duser .Huseynim ve

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.