Maraqlı

Ona verəcəyiniz ən böyük mükafat... - Sevgilisi olanlar oxusun

17 Fevral 2017 21:42
17 Şərh     Baxış: 1 288

Evlilikləri mənasını itirən, yaxud da pisə doğru gedən cütlüklərlə yaxşı münasibəti olan cütlüklər arasında maraqlı bir araşdırma aparılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırma zamanı məlum olub ki, cütlüklər romantik yeməklə, ya da bahalı hədiyyələrlə sevgisini canlandıra bilmirlər. Gündəlik həyatda sevdiyi ilə qısa zaman da olsa, bərabər vaxt keçirənlər isə əsl xoşbəxtliyi tapır.

Bəyəndiklərini dilə gətirmək
 
Necə tanış olduqlarını soruşanda bəzi cütlüklərin üzü gülür. Cütlüklərin bəzən qarşılıqlı qəzəbi, inciklikləri, hətta içdən-içə düşmən münasibətləri olsa da, içlərində hələ sevgi və heyranlıq olduğunun izləri görünür. Amma hər şeydən əvvəl hörmət gəlir. Sevdiyinizə duyduğunuz hörmət, ona qəzəb və incikliyinizi dilə gətirərkən xoşagəlməz davranışlar etmənizi əngəlləyər. Sevgi və heyranlığı artırmaq, canlandırmaq qarışıq iş deyil. Məsələn, bu işə onu nədən sevdiyinizi izah etməklə başlayın. Bir cütlüyün bir-birinə verə biləcəyi ən böyük mükafat tanındığını və başa düşüldüyünü hiss etməkdir. Bir-birinizə olan sevginizi və bəyəndiyiniz özəlliklərinizi dilə gətirin. Hər gün ona duyduğunuz sevgini bildirməyin bir yolunu tapın.
 
Şəfqət
 
Uzaqlaşmaq yerinə bir-birinə yaxınlaşan cütlüklər daha xoşbəxt olur. Gündəlik həyatın sıxıntı və qaçaqaçı içində sevdiyinizə ona necə dəyər verdiyinizi bildirməniz qiymətlidir. Məsələn, "İşin çoxluğundan dostlarıma vaxt ayıra bilmirəm", - deyən sevgilinizə "Problem səndədir. Gününü planlaşdıra bilmirsən" deməkdənsə "həftəsonu birlikdə plan qurarıq" deyə bilərsiniz. Bir-birinizin yanında olanda həm fiziki, həm də duyğusal təmas qurun.
 
Ayrılıqlar
 
Səhər günə başlamadan əvvəl, o gün nələr edəcəyinizi sevgilinizlə paylaşın, onun edəcəklərini də öyrənin. İşə getməsi, köhnə dostları ilə bir araya gəlməsi kimi...
 
Günün sonunda
 
Cütlüklər bir-birinin duyğusal ehtiyaclarını çox zaman pis niyyətlə deyil, düşüncəsizlikdən, diqqətsizlikdən göz ardı edirlər. Belə halda hər yaşanılan anın əhəmiyyətli olduğunun fərqinə varmaq bir-birinə yaxınlaşmanın ilk addımıdır. Həm də sevginin qalıcılığının da işarəsidir. İşdən sonra müdirlə, ya iş yoldaşınızla o gün yaşadığınız problemlərdən, heç bitməyən işlərdən dolayı kefsiz, yorğun ola bilərsiniz. Evə bütün işi gətirmək nə qədər düzgün olmasa da, ağlınızdakı problemi də qapının arxasına buraxmaq elə asan olmur. Bunun üçün günü nöqtələyərkən mütləq stressi azaldan bir söhbət edin.
 
Həftəlik görüş
 
Bir-birinizə dəstək olmanın belə, iki həftəlik tətilə getməkdən daha çox əhəmiyyətli olduğunu ağlınızdan çıxarmayın. Sadəcə ikinizə aid olan iki saatı söhbət edərək keçirmək də bağlılığının bir yolu ola bilər. 

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

17 Şərh:

  • Anonim
    Aydlndl · 17 Fevral 22:1312

    Leyla

    Cavab yaz
  • Anonim
    *** · 17 Fevral 22:3100

    Doğrudur.uzaqlaşdıqca uzaqlaşırsan

    Cavab yaz
  • Anonim
    aydlndlya · 17 Fevral 22:3260

    Leylasiz qalasan .Neynirsen leylani aileli insandi nc nc nc

    Cavab yaz
    • Anonim
      Aydlndl · 17 Fevral 22:3836

      1 chay qawlgl soda tok qaynar suya ich ichindeki paxilliq erpleri tokulsun biraz.yaxwl xanlm?

      Cavab yaz
      • Anonim
        leyla · 17 Fevral 22:5007

        ))) gözel cavab

        Cavab yaz
        • Anonim
          Aydlndl · 17 Fevral 22:5725

          Netersen?

          Cavab yaz
          • Anonim
            leyla · 17 Fevral 23:0202

            Yaxşıyam şükür sen necesen?neynirsen?

            Cavab yaz
            • Anonim
              Aydlndl · 17 Fevral 23:0801

              SalamatchlLlqdl canlm.yaxwl olasan hemiwe.

  • Anonim
    leyle · 17 Fevral 23:1103

    Güya dislike edende ne olur aglınız artır?ne qeder istiyirsiz eliyin

    Cavab yaz
    • Anonim
      Aydlndl · 17 Fevral 23:1303

      Etsinler de dislike.Paxilliq en chox ozune ziyan vermekdi.

      Cavab yaz
    • Anonim
      leyla · 17 Fevral 23:1700

      23 11 menim adımla yazmıyın

      Cavab yaz
  • Anonim
    Aydlndl · 17 Fevral 23:2001

    Tulku teleye quyrugdan duwur hemiwe.Neche defe teleme duwub ona gore bilirem.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 17 Fevral 23:2202

    Parazit

    Cavab yaz
  • Anonim
    leyla · 17 Fevral 23:2400

    Sende hemişe yaxşı ol canım İnşallah

    Cavab yaz
  • Anonim
    Aydlndl · 17 Fevral 23:3701

    Gecez xeyre

    Cavab yaz
  • Anonim
    Şirvanli · 17 Fevral 23:5300

    Korpe sende burdasan

    Cavab yaz
  • Anonim
    Aydlndl · 18 Fevral 10:4100

    Oou "enlikurek" hardasan ne vaxtdl seni "teriflemirem".Teze terifleyen tapmlsan ozuve?men de artlrlm da

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.