Maraqlı

Yer kürəsini ətrafına dolanan ilk insan kimdir? – YANLIŞ BİLDİKLƏRİMİZ

9 Fevral 2017 21:55
3 Şərh     Baxış: 2 620

Edison "hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir" deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?
 
Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan "Cahilliklər kitabı" (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.
 
Milli.Az lent.az-a istinadən bu kitabdan seçmələri təqdim edir.
 
Fernan Magellan Yer kürəsinin dolanmaq üçün çıxdığı səfəri başa vura bilmədi.
 
O, 1521-ci ildə Filippində qət edəcəyi yolun tən ortasında öldürüldü.
 
Magellan 1511-ci ildə Portuqaliyadan çıxıb Hind okeanını keçərək Uzaq Şərqi ziyarət etdi.
 
Elə həmin il Malayziyada bir qul bazarında Henri adlı zənci ilə rastlaşdı və onu özü ilə götürdü.
 
Bundan sonra bütün səyahətlərdə Zənci Henri Magellanın yanında oldu, ona həm köləlik, həm tərcüməçilik etdi.
 
Səyahətçilər Atlantik okeanından və Sakit okeandan keçərək 1521-ci ildə təkrar Uzaq Şərqə çatınca Zənci Henri dünyanın ətrafına dolanan ilk insan oldu.
 
Zənci Henrinin harada doğulduğu haqqında heç bir məlumat yoxdur. Güman ki, o Filippindən dəniz quldurları tərəfindən qaçırılaraq qul kimi satılmışdı. Çünki sonralar Filippinə gedəndə ordakı insanlarla eyni dildə danışdığını görüldü.  

Magellanın ölümündən sonra səyahət çətinliklə də olsa davam etdi. Kapitan köməkçisi Xuan Sebastyan Elkanonun rəhbərliyi ilə dünya turu uğurla başa çatdı.
 
Budəfəki səyahətdə zənci Henri onlarla birlikdə deyildi. Henri Magellanın vəsiyyətini pozaraq onu azad etməkdən imtina etdiyi üçün Elkanonun yanından qaçdı.
 
Onu bir daha görən olmadı!
 
Beləliklə, Xuan Sebastyan Elkano dünyanın ətrafında dolanan ilk insan olmaq şərəfini qazandı.     
 
İspaniya kralı ona üstündə qlobus şəkli olan palto bağışladı. Qlobusun üstündə isə bu sözlər yazılmışdı: "Mənim çevrəmi ilk dəfə sən dolandın"
 
Zənci Henri bu gün də bir çox cənub-şərqi Asiya ölkələrinin milli qəhrəmanı sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    777 · 9 Fevral 22:1510

    Dunya seyahetine cixmaq cesaretini ozunde tapib ilk dunya seyahetine cixmagi reallasdiran F.Magellan olub. Onunla bu seyahetde kimlerin istirak etmesinden asili olmayaraq! Magellanin seyahetini tamamlaya bilmemesi hec neyi deyismir.

    Cavab yaz
  • Anonim
    Prince of Persia · 9 Fevral 22:3530

    Avropa tarixinde Dünya okeanini öyrenmeye 1279-cu ilde 3 İspan gemisi yollandi.Lakin onlar geri qayitmadi. 12 il sonra 1291-ci ilde İspaniya daha 5 gemini itmiş gemileri axtarmaga gönderdi.Lakin ne birinci. , ne de ikinci ekspedisiyadan hec vaxt xeber cixmadi.....

    Cavab yaz
  • Anonim
    NurEma · 10 Fevral 00:2630

    _ Hələ XII əsrdə Gəncədə üç yüz mindən çox əhali yaşayanda, indiki Nyu-York, Çikaqo, Los-Anjelos, San-Fransisko, Rio-de-Jeneyro, La-Palata, Ottava və s. kimi Böyük şəhərlərin yerində o zaman heç bir kənd belə yox idi... QIRX IL SƏYAHƏTDƏ olan Haci Zeynaladin Şirvani demişdir ki: Bir neçə şəhər var idi ki, onlar öz gözəlliyi, quruluşu, ab-havasi ilə bütün şəhərlərdən üstün idi; onlardan birincisi Gəncədir. Bundan sonra İranda İsfahandir...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.