Maraqlı

Aston Martin damsız qaldı - FOTO

18 Fevral 2017 21:55
0 Şərh     Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aston Martin şirkəti ötən il Los-Anceles avtosalonunda nümayiş olunan 603-güclü superkar Vanquish S-in üstü açılan modifikasiyasını təqdim etdirib. Yeniliyin adında ənənəvi Volante əlavəsi peyda olub və damı açılandır.

Milli.Az auto.az-a istinadən bildirir ki, üstü açılan superkar kupedə olan mühərriklə təchiz edilib. Bu, 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışan 12-silindrli 6-litrlik mühərrikdir. Volante versiyasının dinamik xarakteristikası barədə hələlik məlumat verilmir, lakin məlumdur ki, kupe 3,5 saniyəyə ilk yüzlüyü yığır, onun maksimal sürəti isə 323 km/saatdır.

S variantı adi Aston Martin Vanquish-dən təkcə 576-dan 603 a.g.-ə qədər gücləndirilmiş mühərriklə deyil, həmçinin yenidən tənzimlənən asılqan, köndələn müqavimətli sabitləşdiricilər, fərqli aerodinamik asma, o cümlədən nadir rəngli ban ilə seçilir. Bundan əlavə, avtomobil üçün kapot üzərində karbon əlavələr və xüsusi təkər diskləri sifariş etmək olar.

Aston Martin Vanquish S Avropada 262 min 950 avroya satılır. Vanquish S Volante-in qiyməti bir qədər sonra elan ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.