Maraqlı

Canavar böyüklükdə susamurunun qalıqları tapıldı

24 Yanvar 2017 23:39
0 Şərh     Baxış: 1 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin cənub-qərbində aparılan qazıntılar zamanı ölçüsü canavar boyda olan susamurunun qalıqları tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki,alimlərin fikrincə, bu canlılar isti, rütubətli bataqlıq ərazidə 6 milyon il bundan əvvəl yaşayıblar.
"Siamogale melilutra" adlandırılan nəhəng susamurunun çəkisi təqribən 50 kq, uzunluğu isə 2 metrə yaxın olub.
Yəni sözügedən canlı hazırda ən böyük hesab edilən susamurundan olduqca böyük olub. Məsələn, nəhəng Amerika susamurunun 32 kq-a yaxın çəkisi olur.
Tapılan qalıqlar bu heyvanın güclü çənəyə və böyük köklü dişlərə malik olduğunu göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.