Maraqlı

Filip Kirkorovun 12 milyonluq villası - FOTO

24 Yanvar 2017 22:44
1 Şərh     Baxış: 3 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl Bakıda konsert verən Rusiyalı müğənni Fillip Kirkorov özünə üçmərtəbəli yeni villa tikdirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Kirkorovun yeni evinin qiyməti 12 milyon dollar dəyərindədir.

O, bu villanı 50 illik yubileyi münasibəti ilə özünə hədiyyə edib. Böyük sahəsi olan ev Moskva ətrafındadır.

Kirkorovun 1 hektar ərazidəki evinin birinci mərtəbəsində kabinet, mətbəx, qonaq otağı, ikinci mərtəbəsində bir neçə yataq otağı, qarderoblar, vanna otaqları, həmçinin, müğənninin hədiyyə və mükafatları üçün xüsusi yer var. Mansard isə uşaqlar üçün nəzərdə tutulub.

Bundan başqa, villanın hovuzu, idman zalı, saunası, qarajı, tennis kortu, buz meydançası, şəxsi çimərliyi də var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.