Maraqlı

Naz və Əlinin son qərarı - VİDEO

24 Yanvar 2017 07:48
11 Şərh     Baxış: 7 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star TV"də yayımlanan "Zuhal Topalla" evlilik verilişində yer alan azərbaycanlı gəlin Naz və onun üçün Bakıdan gələn Əli Əkbər yollarını ayırıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Əli Naza güvənmədiyini və bəzi məqamlarda ondan dəqiq cavab ala bilmədiyini bildirib. Onun sözlərinə əsasən, ailəsi və dostları da son günlər Baha ilə bağlı baş verən hadisələr səbəbindən gələcəkdə Nazla münasibətlərinin alınmayacaqlarını söyləyiblər.

Naz da həftə sonu düşündüyünü və Əliyə "yox" demək istədiyini vurğulayıb. O, "İndidən çətinliklərlə mübarizə apara bilməyən biri ilə ailə qurmaq istəmirəm" deyib.

Son günlər baş verən hadisələrdən əsəbləri darılan Əli proqramda da çox otura bilməyib və icazə alaraq, studiyanı tərk edib.

Xatırladaq ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Qeyd edək ki, Naz Mila evli olub və onun bir qızı var. Eyni zamanda, bir müddət əvvəl "Zuhal Topalla" evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlıb və sonradan nişanı qaytarıb.

Naz Əli ilə görüşə başlayanda isə qısqanan Baha onların münasibətlərinin saxta olduğunu və Nazın hələ də onunla görüşdüyünü bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Naz və Əlinin son qərarı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.