Maraqlı

Demetdən Gülşənlə bağlı açıqlama

23 Yanvar 2017 23:34
0 Şərh     Baxış: 1 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Demet Akalın yaxın rəfiqəsi, ifaçı Gülşən barədə açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Gülşənin oğlu üçün yüksək məbləğdə dayə tutması xəbərinin yalan olduğunu bildirib.

"Gülşən oğluna özü baxır. Nə dayəsi, nə də köməkçisi yoxdur. O, oğlunun qayğısına qalmaqdan zövq alır. İmkan verin, ana bala rahat yaşasınlar. Belə yalan xəbərlər yazıb, keyflərini pozmayın", - deyə Demek sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün Gülşənin oğlu Azur Benaya 2 xarici dayə tutduğu və o dayələrə aylıq toplam 15 min lirə (təxminən 7500 manat) verməsi haqqında məlumat yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.