Maraqlı

Valideynləri özlərindən məşhur olan ulduzlar - FOTO - SİYAHI

23 Yanvar 2017 21:45
1 Şərh     Baxış: 3 082
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi məşhurların övladları da az-çox onların yolunu davam etdirir. Onların bəziləri valideynlərini kölgədə qoysalar da, bəziləri isə bu xoşbəxtliyə yüksələ bilməyiblər. 

Milli.Az axşam.az-a istinadən məşhurlar və onların sənət yolunu davam etdirən övladları haqda məlumatı təqdim edir.

Aktyor Tom Henks və oğlu Kolin Henks

Kolinin hazırda 39 yaşı var. Atası onun yaşında olarkən artıq "Oskar"ını almışdı. "Dexter" və "Farqo" seriallarında oynasa da, karyerasında dönüş edərək məşhurluq qazana bilməyib. Halbuki, atası 2 dəfə "Oskar", 4 dəfə "Qızıl qlobus", 6 dəfə isə "Emmi" mükafatını qazanıb.

Müğənni Xulio İqlesias və oğlu Enrike İqlesias

Enrike atası qədər tanınsa da, onun həyata keçirdiyi işlərin çox az hissəsinə nail ola bilib. 41 yaşlı müğənni məşhurluğa ilk addımını 1995-ci ildə 6 milyonluq albom satışı ilə atıb. Halbuki, atası 73 yaşlı Xulionun karyerası ərzində 14 fərqli dildə 80-dən artıq albomu yayımlanıb. 2600 ədəd qızıl və platin sertifikatı olan müğənni 250 milyon albom satışı ilə "Ginnesin Rekordlar Kitabı"na "Latın Amerikasında albomu ən çox satılan kişi müğənnisi" olaraq düşüb.

Aktrisa Holdi Haun və qızı Keyt Hadson 

Keyt Hadson Hollivudda anası qədər məşhur ola bilməyib. 37 yaşlı aktrisa "Oskar"a namizəd olub və "Qızıl qlobus" mükafatını qazansa da, Amerikada anası qədər ciddi qəbul edilmir. Anası isə 70-ci illərdə karyerasına başlayıb. O, 24 yaşında artıq "Oskar" mükafatını almışdı. Tənqidçilər Keytin də anası kimi şöhrət qazanmasını üçün bəsit mövzulu filmlərdən uzaq olmasını tövsiyyə edirlər.

Aktrisa Syüzan Sarandon və qızı Eva Amurri

Anası kimi Eva da Hollivuda aktrisalıq etsə də, onun qədər məşhurlaşa bilməyib. 31 yaşlı aktrisa TV filmlərinə və seriallara çəkilir. Anası isə 70-ci illərdən bəri aktrisalıq edir və Hollivudun məşhurları sırasındadır. O, 5 dəfə "Oskar"a namizəd olub və bir dəfə mükafatı qazanıb. S.Sarandon 8 dəfə "Qızıl Qlobus"a namizəd olub, bir dəfə də BAFTA mükafatını qazanıb.

Aktyor Bryus Uillis, həyat yoldaşı aktrisa Demi Mur və qızları Rumer

Rumer 28 yaşında ana və atasının yolunu gedərək filmə çəkilməyə başlayır. 2009-cu ildə başlayan karyerası 2015-ci ildə tənəzzülə uğrayıb. Açıqlamasında valideynlərinin ona dəstək olmamalarını söyləyib. Onun əksinə isə valideynləri 1988-ci ildən etibarən parlamağa başlayıb və hazırda dünyanın ən məşhur ulduzlarıdırlar. Bryus Uillis 2 dəfə "Emmi" və 2 dəfə isə "Qızıl Qlobus" mükafatının qalibi olub. Demi Mur isə aktrisa, rejissor, prodüsser, model və eyni zamanda da bəstəkar kimi fəaliyyət göstərir.

Vokalist, bəstəkar Ozzi Osborn və qızı Kelli Osborn

Kelli musiqi sahəsində atası qədər tanına bilmədiyi üçün 32 yaşında filmlərə çəkilməyə başlayıb. Ondan fərqli olaraq atası "Black Sabbath" qrupunun yaradıcısıdır. O, "hard rok" və "heavy metal" üslublarının yaranmasına böyük təsir göstərib. Uğurlu karyerasına görə ona "heavy metal"ın "xaç atası" titulu verilib.

Müğənni Berri Qordi və oğlu Stefan Kendal Qordi (Redfoo)

Əsl adı Stefan Qordi olan Redfoo musiqiçi ailəsində doğulub. Atası "Motown Records" şirkətinin qurucusudur. "LMFAO"nun üzvü olan 41 yaşlı müğənni dünyada nə qədər tanınsa da, karyerasında atasından geri qaldığı söylənilir.

Müğənni Con Lennon və oğlu Şin Lennon

Şin Lennon da atası kimi musiqiçi olmağa çalışır. Onun yolunu davam etdirən oğul Lennon nə etsə də atasının kölgəsindən kənara çıxa bilmədiyini deyib. Müğənni, bəstəkar, gitaraçı, pianoçu, şair, aktyor, ictimai xadim, rəssam, eyni zamanda da yazıçı kimi də tanınan Con Lennon dünyada "The Beatles" musiqi qrupunun yaradıcısı kimi məşhurdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.