Maraqlı

6 yaşlı "canlı kalkulyator" - Uşağın İNANILMAZ BACARIĞI - VİDEO - FOTO

23 Yanvar 2017 14:03
6 Şərh     Baxış: 4 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balaca istedad görənləri heyran qoyur.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Seyfullahəli yaşının az olmasına baxmayaraq, riyazi hesablamaları kalkulyatordan əvvəl hesablayıb deyir. 

Seyfullahəlini yaşıdlarından fərqləndirən uşaq yaşından riyazi biliyinin güclü olmasıdır. O, riyazi əməliyyatları saniyələr ərzində, hətta kalkulyatrodan əvvəl hesablayır. 15 ədəd 2 rəqəmli ədədi barmaqları ilə qısa müddətdə toplamağı bacarır. 

Seyfullahəlinin valideynləri ondakı bacarığını, güclü yaddaşını 5 yaşında olarkən kəşf ediblər. Bundan sonra barmaqla hesablama metodunu öyrənmək üçün o, müəllim yanına göndərilib. Yaşıdların 1 ilə öyrəndiyi proqramı Seyfullahəli  7 aya başa vurub. Bunda isə ona güclü hafizəsinin olması kömək edib. 

Seyfullah təkcə toplama, çıxmanı deyil, barmağı ilə iki rəqəmli ədədləri biri-birinə, eyni zamanda 4 rəqəmli ədədi tək rəqəmə vura bilir. Ailəsi Seyfullahəliyə bu biliyini daha da inkişaf etdirməkdə dəstək olur. Arzuları isə balaca istedadın gələcəkdə kimyagər olmasıdır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

6 yaşlı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.