Maraqlı

Dünyada ən yüngül noutbuk yaradıldı

24 Yanvar 2017 07:51
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Fujitsu" şirkəti çəkisi 777 qram olan "Lifebook UH75/B1" yığcam noutbukunu təqdim edib. İstehsalçının iddiasına görə, bu, dünyada ən yüngül 13.3 düymlük leptopdur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni noutbuk 1920x1080 piksel təsvir ölçülü ekran, 2.5 QHs takt tezlikli "Intel Core i5-7200U" prosessoru və "Intel HD Graphics 60" daxili qrafik sürətləndiricisi ilə təchiz edilib.

İstehsalçının saytında yerləşdirilmiş informasiyaya əsasən, qurğu 4 QB əməli yaddaş, 256 QB sərtgövdəli daşıyıcı, "Wi-Fi 802.11ac" və "Bluetooth 4.1" simsiz rabitə modulları, "Gigabit Ethernet" şəbəkə interfeysi, 1 meqapiksel matrisli veb kamera və "HDMI" portla təchiz edilə bilər. Qurğu "Windows 10 Home" əməliyyat sistemi ilə işləyir. Səsli daxiletmə və barmaq izinin tanınması funksiyaları nəzərdə tutulub.

Versiyadan asılı olaraq noutbuk 50 və ya 25 vatt/saat tutumunda olan litium-ion akkumulyatorlarla təchiz edilə bilər ki, bu da müvafiq olaraq 17 və 8.3 saat avtonom iş deməkdir. Aparatın qalınlığı 15.5 mm təşkil edir.

Fujitsu 2017-ci ilin fevralında "Lifebook UH75/B1" noutbukunun satışına başlayacaq. Yapon bazarında noutbukun dəyəri 1672 dollardan başlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.