Maraqlı

Toyota yeni Camry təqdim etdi - FOTO

19 Fevral 2017 22:55
1 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyota şirkəti Detroytdakı beynəlxalq avtosalonda yeni nəsil sedan Camry-nin amerikan versiyasını təqdim edib. Yeni Camry-nin xarici görünüşü sedan Carolla-nın ölçüləri böyüdülmüş surəti olmadı: avtomobil orijinal görünüşə malikdir, aqressivdir, xarici bəzəklər arasında hətta idman notlarını da görmək olar. Əvvəllər bu, Toyota sedanlarında müşahidə olunmurdu.

Milli.Az auto.az-a istinadən bildirir ki,  yeni Camry TNGA (Toyota New Global Architecture) platformasında yığılıb. Təkər bazasını böyütməklə, kapot və dam xəttini aşağı salmaqla, o cümlədən avtomobili enliləşdirməklə Toyota konstruktorları avtomobilin ağırlıq mərkəzini aşağı salıblar.

Yeni Camry-nin interyeri müasir tendensiyaların hər şeyin rəqəmsallaşdırılmasına təcəssümüdür: sürücü praktiki olaraq displeylər və sensorlu panellərlə əhatə olunub. Sürücünün gözləri qarşısında 10-düymlük proyeksiyalı ekran, cihazlar panelində bortkompüterin 7-düymlük displeyi, mərkəzi konsolda multimedia sisteminin 8-düymlük ekranı dayanıb.

Yeni Camry-nin amerikan versiyasının mühərrik qammasında 3 yeni aqreqat var: baza olaraq 2,5-litrlik, bir pillə yuxarıda 3,5-litrlik V-şəkilli altılıq və yeni nəsil hibrid. Mühərriklərin gücü barədə rəsmi məlumat verilmir. Benzin mühərriklər 8-pilləli avtomat sürət qutusu ilə, hibrid isə variatorla çalışır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.