Maraqlı

Audi-dən böyük krossover - FOTO

19 Fevral 2017 23:55
0 Şərh     Baxış: 4 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Audi şirkəti yeni konseptual krossover Q8-in sirrini açıb. Avtomobil Detroyt avtosalonunda debüt edəcək. Audi-nin mətbuat xidmətinin verdiyi məlumata görə, yenilik gələn il seriyalı versiya alacaq, 2019-cu ildə isə satışa çıxarılacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, Q8 səkkiz künclü böyük radiator barmaqlığı, böyük təkər arkaları, 23-düymlük disklər alıb. Avtomobilin uzunluğu 5 metri keçir, təkər bazası isə 3 metrə bərabərdir. Baqajın həcmi 630 litrdir.

Konsept hibrid güc qurğusu ilə hərəkətə gətirilir. Ona 3,0-litrlik benzin V6 turbomühərriki daxildir ki, o, elektrik aqreqatı və 8-pilləli avtomat sürət qutusu ilə hərəkətə gətirilir. Krossoverin gücü ümumilikdə 442 a.g.-dür.

Avtomobil 100 km/saata 5,4 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır. Krossoveri, həmçinin tam ötürücü sistem və uyğunlaşdırılan pnevmatik asılqan ilə təchiz ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.