Maraqlı

Tiflisdə 780 uşaq xaç suyuna salındı - FOTO

21 Yanvar 2017 16:56
0 Şərh     Baxış: 1 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan Pravoslav Kilsəsinin Katolikos-Patriarxı 2-ci İliya ölkə kilsəsinin rəhbəri postunda növbəti, sayca 47-ci vəftiz (xaç suyuna salma) mərasimi keçirib.

Milli.Az Georgian Online-a istinadən bildirir ki, mərasim Tiflisdəki Sameba Patriax Kilsəsində keçirilib.

Katolikos-Patriarx kilsədə nikah qılmış valideynlərin ailələrindəki üçüncü və sonrakı uşaqları vəftiz edib.

Bu xaç suyuna salma mərasiminin məqsədi ölkədəki demoqrafik situasiyanın yaxşılaşdırılmasıdır.

Gürcüstanda ilk kütləvi vəftiz mərasimi 2008-ci ilin yanvarın 19-da keçirilmişdi.

Hazırda 2-ci İliya 30238 uşağın xaç atasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.