Maraqlı

“Google+”da şəkillər yaxşılaşdı

21 Yanvar 2017 07:51
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google+" sosial şəbəkəsi kompüter təlimi metodlarının köməyi ilə yüksək təsvir ölçüsünə malik şəklin bərpasına imkan verən "RAISR" texnologiyasından istifadəyə başlayıb.

Təsvir ölçüsünün artırılması texnologiyaları internet trafikinə qənaət məqsədilə istifadə olunur, ancaq piksellərin əlavə edilməsi hesabına şəklin bərpası daimi filtr yığımından istifadə edir ki, bu da yüksək təsvir ölçüsünə malik yekun şəklin bulanıq alınması ilə nəticələnə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Google" şirkəti alternativ kimi kompüter təliminin köməyi ilə yüksək təsvir ölçülü təsvirlərin bərpasına imkan verən "RAISR" texnologiyası hazırlayıb. Sözügedən texnologiyanın 2016-cı ildə təqdim edilməsinə baxmayaraq, "Google+" sosial şəbəkəsində onun tətbiqi haqda yalnız indi məlum olub.

Tərtibatçıların sözlərinə görə, "RAISR" texnologiyası ənənəvi təsvir ölçüsünün artırılması metodlarından 10-100 dəfə daha sürətli işləyir. Alqoritm hər həftə milyarddan çox şəkil emal edir, amma hələ ki, bəzi "Android" qurğularla istifadə olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.