Maraqlı

“Toy gecəsinə qədər aramızda intim münasibət olmayıb” - FOTO

19 Yanvar 2017 08:23
4 Şərh     Baxış: 4 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Siara və Amerika futbolunun ulduzu Rassel Uilson hər kəsi heyrətləndirəcək etiraf ediblər.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük toy gecəsinə qədər intim münasibətdə olmayıb. Bu barədə danışan Siara bildirib:

"Təklif ərimdən gəldi və işə yaradı. Biz qadınlar ağılla deyil, ürəklə hərəkət edirik. Bir balaca yaraşıqlı kişi görən kimi özümüzü ona təslim etmək istəyirik. Düşünürük ki, bununla onun xoşuna gələcəyik. Amma kişilər tam əksinə fikirləşirlər".

Müğənni onu da qeyd edib ki, nikaha girənə qədər Uilsonla intim münasibətdə olmamaq, onların bir-birilərini daha yaxşı tanımasına kömək olub:

"Mən əminəm ki, dostluq - romantik münasibətlərin bazasıdır. Sən öz dostunu yaxşı tanısan, hansı zövqə malik olduğunu bilsən, həyata baxış bucağından agah olsan, o zaman sənin gələcək münasibətində onunla problemin olmaz".

Qeyd edək ki, cütlük 2015-ci ilin yazından görüşürlər. 2016-ci ilin yazında nişanlanan Siara və Rassel, həmin ilin yayında nikah masasına əyləşiblər. Bir neçə aydan sonra Siaranın hamilə olduğu bildirilib. Bu uşaq futbolçu üçün ilk, ifaçı üçün ikinci olacaq. Çünki onun ilk nikahından bir oğlu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.