Maraqlı

Mingəçevirli uşaq Van Damma meydan oxuyur - İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO - FOTO

18 Yanvar 2017 18:16
11 Şərh     Baxış: 6 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 yaşlı Nihad hərəkətdə olan 2 avtomobil arasında "şpakat" açıb.

ARB TV xəbər verir ki, Nihad Ağayev öz istedadı ilə bir sıra uğurlara da imza atıb. 

İnsan həyatı üçün elə təhlükəli tryuklar var ki, biz onları ancaq filmlərdə görə bilirik. Mingəçevir sakini, 8 yaşlı Nihad Ağayevin real həyatda etdiyi tryuklar isə onu izləyənləri heyrətə gətirir. O, hərəkətdə olan iki avtomobil arasında "şpakat" açaraq, görənləri mat qoyur. 

Nihad Ağayevin istedadı bununla bitmir. O, Mingəçevirdə fəaliyyət göstərən kikboksinq idman klubunun üzvüdür. Dəfələrlə yarışlarda mübarizə aparan Nihadın bir sıra uğurları var. Azyaşlı 2016-cı ildə həmyaşıdları arasında Azərbaycan çempionu olub. Bununla yanaşı, o, paytaxt Bakıda təşkil edilən qaydasız döyüş növü üzrə Avrasiya Çempionatında qızıl medal əldə edib. 

Nihadın atası, eyni zamanda onun müəllimi olan Emin Ağayev deyir ki, övladının istedadını 4 yaşında kəşf edib.

Nihad Ağayev hər gün təşkil olunan təlim-məşq toplanışlarında iştirak edir. Onun ən böyük arzularından biri Avropa və Dünya çempionu olmaqdır. Hazırda azyaşlı kikboksinqçi mart ayında Bakıda təşkil ediləcək Azərbaycan Çempionatına hazırlaşır. Onun məqsədi bu nüfuzlu turnirdə uğurla çıxış etməkdir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mingəçevirli uşaq Jan-Klod Van Damma meydan oxuyur - İNANILMAZ GÖRÜNTÜLƏR

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.