Maraqlı

İki polis və kasıb qoca: sosial şəbəkələr onlardan danışır - FOTO

12 Yanvar 2017 13:38
25 Şərh     Baxış: 2 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda iki polis zabitinin hərəkəti sosial şəbəkələrdə geniş müzakirə olunur.

Milli.Az DHA-ya istinadən bildirir ki, havaların çox soyuq, qarlı və sazaqlı keçdiyi İstanbulda şəhər sakinlərdən biri ayaqqabı dükanında çəkdiyi fotoları paylaşıb.

O yazıb: "Ayaqqabı dükanındaydım. Ayaqqabı almağa girmişdim. Bir də gördüm dükana yaşlı kişi və iki polis zabiti daxil odular. Polislər qocanı kətilə oturtdular, onun ayaqqabılarını çıxardılar. Kişinin ayaqqabıları köhnə, yırtıq, corabları su içində, yırtıq idi. Bunu görən dükan sahibi özünə aldığı corabları qocaya hədiyyə etdi. Polislər də ayaqqabı seçdilər, qocanı geyindirdilər. Sonra onlar ayaqqabının pulunu vermək üçün kassaya yaxınlaşanda dükan sahibi "Ayaqqabılar məndən hədiyyə! Sizdən buna görə pul almaram!" dedi. Çox duyğulandım".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.