Maraqlı

Yumurtadan fərqli səhər yeməyi hazırlayın - RESEPTLƏR

9 Yanvar 2017 19:03
27 Şərh     Baxış: 10 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər qaçışından və ya gəzintisindən sonra günə gözəl başlamaq üçün bəzən iki yumurta bişirib yemək kifayətdir. Aile.lent.az isə bu iki yumurtanı bişirməyin bir neçə üsulu ilə sizi tanış edir.

Qiyməli yumurta resepti

Ərzaqlar:

- 3 ədəd yumurta

- 150 qr qiymə

- 3 dənə yaşıl və ya qırmızı bibər

- duz, istiot

- 1 dənə pomidor

Hazırlanması:

Əvvəlcə qiyməni qovurun. Sonra üzərinə xırda doğradığınız bibərləri əlavə edin. Bibər yumşaldıqdan sonra pomidoru tökün və bişirin. Son olaraq yumurta və ədviyyatları qatın. 

Soğan içi yumurta resepti

Ərzaqlar:

- Yumurta

- Soğan

- 2 xörək qaşığı kərə yağı

- Duz və qırmızı pul bibər

Hazırlanması:

Soğanı fal-fal doğrayın. Tavada kərə yağını əridib, dilimlədiyiniz soğan halqalarını əlavə edin, 3 dəqiqə qovurun. Daha sonra yumurtanı soğan halqasının üzərinə tökün. Tavanın qapağını bağlayın və vam odda bişirin.

Bibər içi yumurta resepti

Ərzaqlar:

- 1 ədəd yumurta

- 1 ədəd sarı bibər

- 2 yemək qaşığı kərə yağı

Hazırlanması:

Bibəri yuyub 5 mm ölçülərində doğrayın. Sonra kərə yağı olan tavanın içərisində qovurun, əzməməyə çalışın. Bibər yüngül yumşaldıqda içinə yumurtanı qırın və tavanın qapağını bağlayaraq bişirin.

Pendirli yumurta resepti

Ərzaqlar:

- 2 ədəd yumurta

- 3 xörək qaşığı qaymaqlı pendir

- Az miqdarda kərə yağı

- Qırmızı pul bibər və qara bibər

Hazırlanması:

Tavada yağı əridin. Sonra pendir və ədviyyatları əlavə edin və üzərinə yumurtanı qırın. Hazırdır.

Qovurmalı yumurta resepti

Ərzaqlar:

- 2 ədəd yumurta

- 30 qr qovrulmuş quşbaşı ət

- Az miqdarda kərə yağı

- Kəklikotu, qırmızı pul bibər və duz

Hazırlanması:

Kərə yağını tavada əridin. Sonra içinə qovrulmuş əti də əlavə edərək tavanın orta hissəsində bir boşluq açın. Həmin boşluqlara yumurtaları qırın və bişirin.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.