Maraqlı

"Ona ərə getmək üçün cəsədimin üstündən keçməlisən" - FOTO

8 Yanvar 2017 22:57
3 Şərh     Baxış: 4 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu aktyor Mark Uolberq Ellen DeGeneresin şou proqramına qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bir neçə gün əvvəl evində parti təşkil edərək məşhur dostlarını ətrafına yığıb. Qonaqlar arasında ulduz müğənni Castin Biber də olub.

Verilişdə qızı barədə də danışan 45 yaşlı aktyor onun müğənninin böyük pərəstişkarı olduğunu söyləyib:

"Qızım onun pərəstişkarıdır. Bir gün mənə dedi ki ata, o, mənim gələcək həyat yoldaşım olacaq. Mən də zarafatla Castinə ərə getmək üçün ya cəsədimin üstündən keçməlisən, ya da belə olsa, "onu öz əllərimlə öldürüb yenidən həbsə girərəm" cavabını verdim".

Aktyor müğənnini evinə dəvət etməyinin səbəbini açıqlamasa da, qızını utandırmaq üçün əlinə yaxşı bir fürsət düşdüyünü söyləyərək gülüb.

"Qızıma onu çağırmaqda məqsədim səni utandırmaqdır dediyimdə üzündə qorxunc bir ifadə yarandı", deyə o, bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.