Maraqlı

Mansory-dən Mercedes-AMG G63 - FOTO

10 Yanvar 2017 23:01
0 Şərh     Baxış: 2 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mansory tüninq atelyesi Mercedes-Benz G-Class üçün yeni təkmilləşdirmə proqramı təqdim edib. Yolsuzluq avtomobili yeni asma ilə təchiz edilib, daha enli olub, 840-güclü V8 mühərriki alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, yeni asma və təkər arkalarında enli əlavələr (avtomobil 40 mm daha enli olub) karbondan hazırlanıb və Gallenwagen-in bütün modifikasiyaları üçün yararlıdır. Dəstin qiyməti təqribən 19 min avrodur.

Mansory təkmilləşdirilmiş G63 versiyası üçün mühərriki yeniləyib, onu yeni qazburaxma sistemi ilə təchiz edib. İki borusu olan 8-silindrli, 5,5-litrlik mühərrik indi əlavə 269 a.g. alıb.

Maksimal fırlanma anı indi 390 Nm artaraq 1150 Nm təşkil edir (elektronika ilə məhdudlaşdırılıb). Dinamik xarakteristika barədə məlumat verilmir. Standart G63 ilk yüzlüyü 5,4 saniyəyə yığır, maksimal sürəti isə 210 km/saatdır.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.