Maraqlı

Əməliyyatlara 175 min dollar xərclədi, sevgilisi ayrıldı - FOTO

6 Yanvar 2017 22:08
5 Şərh     Baxış: 2 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış müğənni Madonnanın pərəstişkarlarından biri ona bənzəmək üçün 175 min dollar xərcləyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ABŞ-da yaşayan Adam Qvera adlı oğlan pop-divaya bənzəmək üçün dəfələrlə əməliyyat olunub. Son 12 ildə 18 dəfə estetik əməliyyat keçirən 27 yaşlı Qvera ümumilikdə 175 min dollar (təxminən 315 min manat) xərcləyib.

Ona oxşamaq üçün aldığı geyimlərə isə 100 min dollar (təxminən 200 min manat) xərclədiyini deyən Adam müğənniyə olan sevgisini belə ifadə edib:

"15 yaşımda olarkən Madonnaya aşiq oldum. O, elə bil mənim ruhumla danışırdı. Bənzəyə bilsəm, ona olan sevgimi ifadə edə bilərəm deyə düşündüm".

Bununla da kifayətlənməyən Qvera Madonnanın rəqs müəllimindən fərdi dərslər də alır. 

Qveranın həmcins sevgilisi onun bu vərdişindən əl çəkmədiyi görərək "Mən 56 yaşlı qadınla sevgili olmaq istəmirəm, sən bir gün komaya düşüb ayılmayacaqsan" deyib və ondan ayrılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.