Maraqlı

Türkiyənin ən yaxşıları açıqlandı - Siyahıda Kamilin qrupu da var - FOTOlar

6 Yanvar 2017 11:32
0 Şərh     Baxış: 6 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Hürriyet" qəzeti 2016-cı ilin ən yaxşı albomlarını müəyyənləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, siyahıda Kamil Hacıyevin rəhbərlik etdiyi "No land" qrupu da var.

Qəzet yazır ki, qrupun bütün mahnıları "Aramızda" adlı albomda cəmləşib. Ora Türkiyə türkcəsi və azərbaycanca ifa edilən mahnılar daxildir. Musiqilərə yazılan sözlərin əksəriyyəti Vüqar Həsəniyə məxsusdur.

Bu məqamda qeyd edək ki, "No Land" 2012-də iranlı Sahand Lesaninin (elektrik gitara), türkiyəli Məmməd Akif Ərsoyun (akustik gitara) və azərbaycanlı Kamil Hacıyevın (vokal, skripka) bir araya gəlməsindən sonra qurulub. Daha sonra Çağatay Vural (bass gitara), Can Kalyoncu (baraban), Hazal Akkerman (violonçel, vokal) qrupa qatılıblar.

Bundan əlavə, 2016-cı ilin ən yaxşı albomu siyahısında Kalben də var.

Türkiyə musiqi tarixinə yeni nəfəs gətirən ifaçının "Kalben" adlı albomu böyük səs-küyə səbəb olub.

Kaan Tangöze- "Gölge etme"

Ayşegül Aldinç - "Sekiz"

Sıla - "Mürekkeb"

Sertap Erener- "Kırık kalpler albümü"

Kenan Doğulu- "İhtimaller"

EYPİO - "Günah benim"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.