Amerikalı dizayner özünün yaşaması üçün 29,7 kvadratmetr sahəyə malik ev düzəldib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, evin əsasını köhnə dəniz konteyneri təşkil edib.
Kiçik evin küncündə ikiyataqlı çarpayı və şkaf yerləşdirilib. Evin mərkəzi hissəsində 2 kreslo, onunla üzbəüz isə elektrik qızdırıcısı qoyulub.
Mətbəxdə isə soyuducu, mikrodalğalı soba, qabyuyan maşın var.
ABŞ-ın Kolorado ştatındakı konteyner-evin qiyməti 62 min dollardır.
Milli.Az