Maraqlı

Nəvəyə baxan nənə və babalar daha çox yaşayırlar

5 Yanvar 2017 20:40
20 Şərh     Baxış: 2 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədqiqatçılar nəvələrini böyüdən nənə və babalarının digərilərinə nisbətən daha uzun yaşadığını müəyyənləşdiriblər.
 
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, nəticələri "Evolution and Human Behavior" jurnalında dərc olunan araşdırmada Bazel, Edith Kovan, Qərbi Avstraliya və Berlin Humboldt universitetləri Maks Plank İnsan İnkişafı İnstitutundan tədqiqatçılar, başqalarına yardım edən və dəstək verən yaşlıların eyni zamanda özlərinə də yaxşılıq etdiyini və ehtimal olunandan çox yaşadığını müəyyən edilib.
 
Adətən nəvələrini böyüdənlər ilə böyütməyən və öz övladı və ya nəvəsi olmayan, ancaq ətrafındakılara yardım edən yaşlılarla etməyənləri müqayisə edən tədqiqatçılar 1990 və 2009-ci illər arasında Berlin Yaşlanma İşləri tərəfindən toplanan məlumatlar əsasında 70 ilə 103 yaşlı 500-dən çox adamla tanış olublar.
 
Nəvələrinin qayğısını üzərinə götürənlərin üzərinə götürməyən nənə və babalardan daha çox yaşadığına diqqəti çəkən tədqiqatçılar, bu cür fəaliyyətlərin həyat müddətlərinə müsbət təsir etdiyini bildirib.
 
Araşdırmada nəvələrinin qayğısını çəkənlərin yarısının 1990-cı ildə keçirilən ilk müsahibədən on il sonra hələ də yaşadığı qeyd edilib.
 
Digər tərəfdən, tədqiqatçılar kiməsə yardım etməyin müsbət təsirinin yalnız ailə daxilindəki yardımla məhdudlaşmadığını deyiblər.
 
Göstəricilər uşağı olmayan, ancaq başqalarına mənəvi dəstək verən yaşlıların da uzun ömürlü olduğunu bildirirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.