Maraqlı

Lider keyfiyyətləri irsən keçir

2 Yanvar 2017 08:59
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Universitet kollecindən olan Jan Emmanuel de Nevanın rəhbərlik etdiyi bir qrup britaniyalı alimin gəldiyi qənaətə görə, liderlik keyfiyyətləri valideynlərdən uşaqlara keçir. Tədqiqatlarda dörd min adam iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat zamanı könüllülərin DNT-ləri öyrənilib, insanın genetik kodu ilə liderlik keyfiyyətləri arasında əlaqə müəyyən edilib. Alimlər liderliyə məsuliyyət daşıyan geni üzə çıxara biliblər. Gen rs4950 adlandırılıb.

Mütəxəssislər diqqət ediblər ki, gen konkret adamın həqiqətən lider olduğunu heç də həmişə təsdiq etmir. Lider olmaq bacarığı başqa amillərdən də asılıdır. Özü də lider heç də həmişə müsbət adam deyildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.